Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Cinsini dəyişərək “Sebastyan” olan “Səbinə” - VİDEO

Səbinə Kurqunayeva azərbaycanlıdır. Mingəçevir şəhərində doğulub, yaşayıb. O, artıq 2 ilə yaxındır ki, ABŞ-a köçüb və orada təhsil alır.

Mynews.az lent.az-a istinadən xəbər verir ki, Səbinə doğulduğu cinsi kimliyi qəbul etmir və Amerikada hormonal müalicə üsulu ilə cinsiyyətini dəyişmək qərarı verib. Özünü daha çox Sebastyan kimi təqdim edən bu gənc hazırda hormon qəbulunun ilkin mərhələsindədir və həkimlərin məsləhəti ilə testesteron qəbul edir.

O, bütün prosesi özü videoya çəkir və hormonal dəyişiklikləri gün-gün və anbaan qeydə alır. Sebastyan testesteron qəbulundan sonra bədənində baş verən ən xırda dəyişiklikləri danışır, dərmanların ona necə hiss etdirdiyini açıqlayır. Sebastyan bildirir ki, bütün bu dəyişiklik prosesini axıra qədər çəkəcək və danışacaq. O, eyni zamanda, hər gün özünün bir şəklini çəkdiyini də bildirir. Bunu ona görə edir ki, müalicənin sonunda özü tam effekti görə bilsin. 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...