Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Marsdan gələn uşağın gələcəklə bağlı - İNANILMAZ PROQNOZLARI

Rusiyanın Sloveniya bölgəsinin Voljski qəsəbəsində qeyri-adi bir oğlan uşağı doğulur. Anası Nadejda Kipriyanoviç oğlunun dünyaya gəlməsi ilə bağlı bunları deyir: "O qədər sürətli bir doğum oldu ki, hər hansı ağrı hiss etmədim. Mənə körpəni göstərdikləri zaman oğlum yetişkin insanın baxışları ilə baxırdı. Bir uşaq həkimi kimi yeni doğulan körpələrin nəyəsə diqqətlə baxmasının mümkün olamadığını bilirəm. Ancaq kiçik körpəm mənə böyük açdığı qəhvəyi gözlərlə baxırdı”. 

Ana və oğlu xəstəxanadan evə qayıtdıqdan sonra qadın oğlu ilə bağlı çox qəribə seyler fərq etməyə başlayır. Anasının Boris adını verdigi oğlan aglamırdı, xətəliyə yoluxmurdu. Bütün başqa uşaqlar kimi böyüyürdü, lakin səkkizinci ayında sərbəst danışır. Ana-atasının verdiyi oyuncaqlardan müxtəlif həndəsi fiqurlar düzəldir. Tam fərqli parçaları dəqiq doğruluqla birləşdirir.

"Boris və ya Borişka”- ana- atası onu məhəbbətlə çağıddıqları zaman ikisinə də baxıb rəsmlər çəkməyə başalyırdı. Çəkdikləri əvvəlcə mücərrəd görünürdü, mavi və bənövşəyi rənglərin qarışığı kimi. Psixoloqlar rəsmləri tədqiq etdikləri zaman oğlanın yəqin ki, insanların auralarını çəkməyə çalışdığını dedilər. 

Boris ana babasına Kainatı izah etməyə başladığında heç 3 yaşında belə deyildi. "Günəş sisteminin bütün planetlərinin adlarını söyləyirdi. Mənə qalaktikaların saylarını və adlarını danışırdı. Əvvəl bunun çox qorxuducu qəbul edirdim, amma sonra bu adların həqiqətən var olub-olmadığına nəzarət etməyə qərar verdim. Astronomiya ilə bağlı bəzi kitablar aldım və oğlumun bu elm ilə bağlı bu qədər çox seyi necə bildiyini öyrənməliydim" deyir Nadejda.

Körpənin astronom ilə bağlı söhbətləri qəsəbədə ıldırım sürtilə yayılmağa başlayır, oğlan qəsəbədə məşhurlaşır. İnsanlar uşaqla çox maraqlanır,  hər kəs onun necə bu qədər çox şey bildiyini öyrənmək istəyir. Borişka isə insanlara dünyadan kənar planetlərdən gələn qonaqlarından, üç metr boylu insanların varlığından, gələcək iqlim və qlobal dəyişimdən danışırdı. Hər kəs onu böyük maraqla dinləyirdi, amma heç kim bu nağıllara inanmırdı. 

Ana-atası uşaqlarından narahat olduqları üçün Borisi xaç etdirməyə qərar verirlər. Bunun ardından Borişka insanlara onların günahlarını danışmağa başlayır. Küçədə bir oğlan ilə qarşılaşanda içdiyi narkotik həbi tərgitməsini deyirdi. Yetişkin insanlarla qarşılaşanda  insanları aldatmağı tərgitməyi məsləhət görürdü və s. Kiçik kahin insanları gəlməkdə olan sıxıntılar və xəstəliklərə qarşı xəbərdarlıq edirdi, bunlar oğlanin ana-atası üçün mənfi söhrət gərirdi. 

Anası sonra oğlunun ciddi fəlakətlərdən dərhal əvvəl özünü pis hiss etdiyini  fərq edir. Borisin Rusiyanın gələcəyi ilə bağlı olduqca nikbin proqnozları olub: "Ölkədəki vəziyyət getdikcə yaxşılaşacaq. Ancaq, Dünya planeti iki dəfə təhlükəli il yaşayacaq - 2010 və 2013-cü il. Bu fəlakətlər su ilə bağlı olacaq.” 

Borişka həmin ilin yazında Rus elm adamlarının diqqətini çəkir. Rusiya Elmlər Akademiyasının Dünya Manyetizmi və Radio dalğaları İnstitutunun mütəxəssisləri oğlanın aurasının fotolarını çəkirlər və aurasının hədsiz güclü olduğu ortaya çıxır. 

Vladislav Lugovenko "Borişkanı "indiqo uşaq” adlandırır: "İndigo uşaqların dünyamızı dəyişdirmə qabiliyyəti var. Onlardan çoxusu dəyişdirilmiş DNT zəncirinə malikdir. Belə uşaqları Çin, Hindistan, Vyetnamda görmüşəm. Gələcəyi dəyişdircəklərindən əminəm" deyir.

Dünyanın aparıcı kosmik gəmiləri Mars planetində izlər tapmağa çalışarkən  səkkiz  yaşlı Borişka ana babasına və dostlarına Mars ilə bağlı bildigi hər şeyi izah edir. Borişka keçmiş yaşamını xatırlayır. Mütəxəssislər həqiqətdə bilməyəcəyi məlumatlara malik olduğunu söyləyirlər. Bir Rus jurnalist Borişkayla görüşür və danışdıqları barəsində onunla kiçik müsahibə edir:

- Borişka, buradakı insanlarin söylədiyi kimi həqiqətən də Marsda yaşadınmı?

- Bəli, yaşadım, bu doğrudur. O vaxtı xatırlayıram, 14 və ya 15 yaşında idim. Marslilar hər zaman müharibə edirdilər, tez-tez dostumla birlikdə hava hücumlarına qatılmağa məcbur olurdum. Zamanda səyahət edə bilirdik, yuvarlaq fəza gəmilərində uçurduq, amma Dünyadakı həyatı  üçbucaq gəmilərdə izləyirdik. Marsın kosmik gəmiləri çox qarışıqdır. Mərtəbəlidir, kainatda uça bilir.

- İndi Marsda həyat varmı?

- Bəli, var, amma planet qlobal fəlakət nəticəsində atmosferini illər əvvəl itirib. Amma Marslı insanlar yeraltinda hələ də yaşayırlar. Karbonlu qazla nəfəs alırlar.

- Marslı insanlar necə görünürlər?

- Çoxları yeddi metrdən uzundur. İnanilmaz keyfiyyətlərə malikdirlər.

"Oğlumuzu ufolog, astronom və tarixçilərə, o cümlədən müxtəlif elm adamlarına gösteərdiyimiz zaman hamısı bütün bu hekayələrin uydurulmasının mümkün olmadığını düşündü. Onun danışdığı müxtəlif dillər və elmi terminlər adətən o elmi xüsusi araşdıran mütəxəssislər tərəfindən istifadə edilir" -deyir Borişkanın anası.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...