Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Türkiyədə gənclər tramvayda 'Ayrılıq" mahınısını belə oxudular - VİDEO

Türkiyənin İzmir şəhərində tramvayla hərəkət edən gənclər bütün sərnişinləri şoka salıblar.

Mynews.az  türkiyə mətbuatına istinadən xəbər verir ki, Karşıyaka sahildə tramvayda olan gənclər Azərbaycanının məşhur müğənnisi, mərhum Rəşid Behbudovun ifasında tanınan 'Ayrılıq" musiqisini oxumağa başlayıblar.

Bildirilir ki, ali məktəbi başa vuran gənclər istirahətə yollanarkən bu musiqini ifa etməy başlayıblar. 

Xatırladaq ki, bəzilərinin sevgi, bəzilərinin Cənubi Azərbaycan həsrəti kimi dinlədiyi "Ayrılıq” mahnısı 1957-ci ildə yazılıb. Mahnının sözləri Rəcəb Fərhad İbrahimə, musiqisi Əli Səlimiyə aiddir.

Əli Səlimi 1922-ci ildə Bakıda anadan olmuş və ilk təhsilini də burada almışdı. Anası Bakıdan, atası Ərdəbildən idi. Stalin repressiyası Səlimilər ailəsindən də yan ötmədi. İran təbəələri kimi bu ailə də 1938-ci ildə vətəndən-vətənə sürgün edildi. 16 yaşlı gəncin həyatında ömür boyu duyduğu bu acı daha sonralar nisgilli bir nəğməyə - "Ayrılığ”a çevrildi.

Mahnını Rəşid Behbudov, Ququş, Yaqub Zurufçu, Barış Manço, Zeki Müren kimi məşhur müğənnilər ifa edib. "Ayrılıq” o qədər məşhurluq qazanıb ki, bəzən onu xalq mahnısı hesab edirlər.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...