Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Uşaqlarınızın dişlərini atmayın - Həkimlərdən inanılmaz xəbərdarlıq

Valideynlər çox vat uşaqlarının çıxardığı ilk dişi  saxlamağa çalışır. Bu ənənənin necə başladığı bilinməsə də, indi də bəzi valideynlər uşaqlarının çıxan ilk dişini saxlayır. Bəzi valideynlər isə uşağın dişini saxlamağın pis şans gətirəcəyinə inanır.

Ancaq həkimlərin açıqladığı bir xəbər uşaqlarının dişlərini saxlayanları haqlı çıxarır. Ailələr bunu adət olaraq davam etdirsələr də, sən demə dişinin saxlanması gələcəkdə uşağın həyatını xilas edə bilər.

 2003-cü ildə aparılan və son günlərdə yenidən təhlil olunmağa başlanan bir tədqiqat uşağın saxlanan ilk dişinin gələcəkdə onun həyatını xilas edəcəyini göstərib. Belə ki, ilk dişdə yer alan kök hüceyrələr sayəsində müalicəsi ancaq kök hüceyrə ilə mümkün olan xəstəliklərə çarə olar.

İlk dəfə 2003-ci ildə gündəmə gətirilən araşdırma ötən aylarda Merilend Səhiyyə Nazirliyi tərəfindən sınaqdan keçirilib. Aparılan təcrübədə ilk diş sayəsində sümük, piy və sinir hüceyrələri istehsal edilib. 

Uşağınızın ilk dişini saxlamaqla dişdəki kök hüceyrələr sayəsində yenə bir gün uşağınızın həyatını xilas etməyiniz mümkün olar. Ancaq əsl əhəmiyyətli olan o dişin necə saxlanılmasıdır. Dişi bir parça arasında və ya bankanın içində saxlamaq təəssüf ki, faydalı olmur.

Həkimlər bildirir ki, dişdəki kök hüceyrələrdən istifadə etmək üçün dişi "təzə" saxlamaq lazımdır.

Günümüzdə bəzi ölkələrdə valideynlərin uşaqlarının çıxan ilk dişlərini saxlayacaqları mərkəzlər var. 

Kimsə uşağının xəstə olmasını istəməz. Ancaq ehtiyatı əldən buraxmamaqda fayda var. Gələcəkdə bunun sayəsində uşaqlarınızın həyatlarını xilas edə bilərsiniz. National Dental Laboratory kimi məşhur qurumlar bu məsələ üzərində hələ də araşdırma aparır. Bunu sayəsində insanların həyatları xilas ediləcək.

Moderator.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...