Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aşıq Ələsgər xərçəngin dərmanını deyibmiş - MARAQLI

Oxucularımızın marağına səbəb olacağını düşünərək əməkdar jurnalist Tahir Talıblının Dədə Ozanımız Aşıq Ələsgərlə bağlı danışdığı çox maraqlı xatirəni təqdim etmişdik. 

Azərbaycan Dövlət Radiosunun “Xalq yaradıcılığı” redaksiyasının baş redaktoru olan Tahir Talıblının Aşıq Ələsgərlə bağlı maraqlı məlumatları kifayət qədərdir. Həmin məlumatları da uzun illərdir hazırladığı “Bulaq” verilişinin sayəsində toplayıb.

Moderator.az haqdan vergili, ürfan yüklü, sözün əsl mənasında xeyri-şəri yozan, olanları-olacaqları yazan Aşıq Ələsgərlə bağlı daha bir maraqlı xatirəni təqdim edir. Tahir Talıblı bu məlumatı illər əvvəl Goranboydan Zöhrə Allahverdi qızı adlı bir ağbirçək ananın “Bulaq” verilişinə yazdığı məktubdan oxuduğunu deyir:

“Zöhrə xanım məktubunda deyirdi ki, “Mənim atamın atası, Aşıq Ələsgərin kiçik qardaşı Dağıstan gözəli Səlvi Xuramanı bağlayıb, 39 aşığı dardan qurtaran Çoban Məhəmməd, ana nənəm isə Aşıq Ələsgərin kiçik qızı Zümrüd xanımdı”. 

Zöhrə xanım yazırdı ki, nənəsi Zümrüd Allahdan vergili bir ağbirçək imiş: “Əlini yaradana açıb desəymiş ki, “Ya Talıbxan babamın marallar gələn ocağı, qeybdən yanan çırağı, bu işi düzəlt”, üç günə düyün açılardı, iş düzələrdi, alqış çin olardı. Zümrüd nənəm belə nağıl eləyərdi ki, Səhnəbanıdan ayrılannan sonra gənc Ələsgər yemir, içmir o qədər ağlayır ki, axırda yuxuya gedir və üç gün ayılmır. Onu belə görən Pərizad nənəm başlayır özünə divan eləyib ağlamağa ki, uşağım ölüb. Alməmməd babam onu sakitləşdirib deyir ki, haray salma, uşağa vergi verilir! 

Üç gündən sonra nakam Ələsgər oyanıb deyir: Ata-ana tez qüsl eləyin, gəlin sizə haqdan gələn bir şey göstərəcəm. Ata anası tez qüsl eləyib görürlər ki, Ələsgərin əlinin biri bərk bükülüdü, açanda ovcundakının şüşə olduğunu görürlər. 

Şüşənin bir üzündən baxanda cənnəti, o biri üzündən baxanda cəhənnəmi görürlər. 

Ağzından köpük daşan Ələsgərə bir saz gətirirlər. Heç vaxt saz çalmayan Ələsgər sazı ən ustad aşıqlardan yaxşı çalır və birinci sözü bu olur: “İki mələk xeyri, şəri yazan var, O dünya var, qıl körpü var, qazan var”.

Nənəm deyərdi ki, həmin şüşəni dədəm Bəsti bacıma verib. Bir də deyərdi ki, dədəmin təriflədiyi qızların hamısı bəxti bağlı qızlar olub. Ata-analarının xahişi ilə tərif eləyərmiş Ələsgər babam. Babamın nəfəsi o qədər kəsərli imiş ki, həmin qızların tezliklə bəxtləri açılarmış”. 

Zöhrə xanım daha bir maraqlı məlumatı da qeyd etmişdi məktubunda: “Mən özüm isə ağır xərçəng xəstəliyinə tutulmuşdum. Ümidsiz can verdiyim vaxt yuxumda Ələsgər babam şah geyimində gəlib mənə dedi ki, xərçəngin dərmanı heyvan dərisinə girməkdi. Dediyini elədim və 22 ildi yaşayıram”. 

Zöhrə xanımın bu yazdıqları Aşıq Ələsgərin haqdan vergili olduğunu bir daha təsdiq edirdi”.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...