Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Deputatdan QƏRİBƏ TƏKLİF - xəyanət edən kişilər...

Rusiyanın Leninqrad vilayətinin qanunvericilik orqanının deputatı Vladimir Petrov qəribə təkliflə çıxış edib.

Virtualaz.org "Lenta.ru” nəşrinə istinadən xəbər verir ki, kişi deputat kişiləri xəyanət etmələri sübut olunacaq təqdirdə həbs etməyi təklif edib. Onun fikrincə, belə şəxslər məhkəmə tərəfindən ev dustaqlığına məhkum edilməlidir. Bu məqsədlə millət vəkili Rusiyanın Cinayət Məcəlləsinə dəyişikliklərin edilməsini istəyir.

Bu, Petrovun ilk belə ekzotik təklifi deyil. Bir müddət öncə leninqradlı deputat Dövlət Dumasına müraciət ünvanlayaraq, ölkədə yaşayan fövqəltəbii xüsusiyyətlərə malik insanların – ekstrasenslərin reyestrinin hazırlanmasını təklif etmişdi. Onun fikrincə, belə şəxslərə işləmələri üçün xüsusi lisenziyalar verilməlidir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...