Varlı olmaq üçün nə etmək lazımdır?
Sizin hər bir probleminiz qısa müddətdə həll olunmalıdı. Adətən belə olduqda problemin həllinə az səy sərf olunur. Cəsarətli olun- az fikirləşib çox iş görün!
Siz başqasına nə qədər çox işləyirsinizsə, bir o qədər pis yaşayırsınız. Sevimli iş ilə məşğul olmaq isə iş hesab edilmir.
Mynews.az bizplus.az-a istinadən bildirir ki, daim öz marağınız üçün çalışın. Korporativ mədəniyyət haqqında çağırışları unudun. Şirkət sizin sayənizdə pul qazanır, yoxsa sizi orada işlətməzdilər.
Pullar sizə başqa insanlar vasitəsi ilə gəlir. Ünsiyyət qurun! Özünə qapalı insanlar nadir hallarda varlı olurlar.
Ətrafınız kasıb olacaqsa, siz də kasıblığa sürüklənəcəksiniz. Çox varlı insanların belə elə "qohumları, dostları və digər tanışları" var ki, onlardan mütəxəssiscəsinə ayrılmaq lazımdır. Çünki onlar sizi pullarınızdan ayıracaqlar. Əgər siz hələ də kasıbsınızsa, deməli sizin ətrafınızda varlı insanları sevmirlər, onlara hörmət etmirlər və hətta onlara nifrət edirlər. Hər zaman Qalib və Optimit insanlarla ünsiyyət qurmaq lazımdır.
Əgər siz məsuliyyətdən boyun qaçırsanız, kasıblıqla üzləşməli olacaqsınız!
Əgər sizin pulunuz azdırsa, biznes qurmaq lazımdır. Əgər sizin heç pulunuz yoxdursa, təcili olaraq biznes qurmağa başlayın! Problemlər və onların həll yollarını axtarın. Ən uğurlu qərarlarınızı biznes layihələri kimi tərtib edin və onları investorlara təklif edin.
Passiv gəlir əldə etməklə böyük sərvət qazanmaq olar. Sizin əldə etdiyiniz gəlir səylərinizdən asılı deyil. Özünüzə passiv gəlir mənbəyi yaradın və ömrünüzün sonuna qədər rahat yaşayın!
Səmərəli investisiya etməyin iki üsulu var. Birinci üsul- pulları qoruyun!
Ikinci üsul- risk etmək istəyirsinizsə, birinci üsula nəzər yetirin. Gəlir hər zaman xərcdən daha çox olmalıdır.
Dünyanın ən varlı insanlarının bioqrafiyalarını araşdırın.
Özünüzə bu sualları verin: "Mən əslində kiməm? Mənim qeyri- adiliyim nə ilə əlaqəlidir? Əgər mənim həddindən artıq çox pulum olsaydı, mən nə ilə məşğul olardım?" Və dürüst olaraq bu suallara cavab verin!
Həyatımızın ən vacıb ünsürü arzulardır! Arzu qurun və bu arzuların həyata keçəcəyinə inanın. İnsan arzu qurmadığı halda ölü kimidir.
İnsanlara kömək edin! Təmənna güdmədən kömək edin. Lakin həqiqətən də kömək etmək istədiyiniz insanlara kömək edin. Bu insanlar sizin qohumlarınız və tanışlarınız olmaya da bilərlər.
Komplimentlər deyin! İnsanları layiq olduqları halda tərifləyin. Bu sizin də özünzə inamınızı yüksəldəcək.
Öz nailiyyətlərinizi bir kitabçada qeydə alın. Məğlubiyyətlər və küskünlüklər daha uzun müddət yadımızda qalır. Buna görə təslim olduğunuzu hiss etdikdə bu kitabçanı oxuyun.
Və sizə verəcəyimiz son məsləhət. Heç vaxt, heç vaxt, heç vaxt təslim olmayın! Hər bir düşmənlə sona qədər mübarizə aparmaq lazımdır. Yoxsulluq isə hər bir insanın ən pis düşmənidir.
Maraqlı
- İbrahim Tatlısəs toyunda qızına görün nə hədiyyə etdi
- Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı - Virusun yayılmasının qarşısını alır
- Hansı qan qrupundan olanla evlənsəniz oğlunuz və ya qızınız olar? - MÜTƏXƏSSİS RƏYİ
- Autizmin əsas əlamətləri hansılardır? - AÇIQLAMA
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
- Həkim məsləhəti - Karantin zamanı tez-tez cinsi əlaqədə olun
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1122 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1109 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1109 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1105 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 1000 dəfə oxunub