Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bazarlarda təbii kərə yağının kütləvi satışı niyə yoxdur? - VİDEO

Keyfiyyətinə görə daha güvənli olsa da, bazarlarda və marketlərdə təbii kərə yağı tapmaq çətindir.

Mynews.az bildirir ki, nehrə yağı kimi tanıdığımız təbii kərə yağının kiloqramı 10 manatdır.
Bu işlə məşğul olanların sözlərinə görə, satışları əsasən sifariş əsasında həyata keçirirlər.

Sənaye üsulu ilə evlərdə hazırlanan kərə yağının da qiyməti nehrə yağına yaxındır. Hətta qiyməti ona bərabər və daha yüksək olanlar da var.

Sakinlərin özləri də sənaye üsulu ilə hazırlanan yox, təbii kərə yağına üstünlük verdiklərini, lakin çətinliklə əldə edə bildiklərini deyirlər.

Marketoloq Fidan İlham deyir ki, artıq bu cür təbii məhsulların satışına maraq yaranmağa başlayıb. Lakin bu da hamı üçün əlçatan deyil.

Marketoloq bildirir ki, xüsusi bir brend hazırlamaqla təbii kərə yağının kütləvi satışını təşkil etmək olar.

Bu isə daha çox vəsait tələb edir. /xezerxeber.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...