Facebookun canlı yayımında bataqlığa girdi, sonu ölüm oldu - 18+ŞOK - VİDEO
Sosial mediada "like" yığmaq üçün uşağını yerə atmaqla hədələdi, "YouTube"da izləyicilərinin sayını artırmaq üçün sevgilisini öldürdü, “Facebook” canlı yayımında intihar etdi və s. Təəssüf ki, zaman keçdikcə bu tip xəbərlərlə tez-tez qarşılaşmalı oluruq. Əfsuslar olsun ki, bəzi istifadəçilər sosial şəbəkələrdəki yararlı xidmətlərdən çox yararsız, səmərəsiz məqsədlər üçün istifadə edirlər. Kimisi əyləncənin, adrenalinin "dozasını" çıxarmaq məqsədilə, kimisi də "layk" yığmaq üçün ağlalmaz yollara əl atır. Kimlərsə isə daha da irəli gedərək, intihar edəcəyini deməklə və ya intihar etməklə izləyici toplamağa çalışır.
Atalarımızın çox yerində deyilmiş bir sözü var: "Dəvə oynayanda qar yağar". İndi bu sosial şəbəkələrdəki bəzi "dəvələr" oynayanda qar yağmasa da, bəzən adrenalin artırmaq istəkləri gözlərində qalır. Əyləncə məqsədilə çıxdıqları yolda ölümlə üzləşirlər. Eynən indi təqdim edəcəyimiz videodakı şəxs kimi.
Videodan da gördündüyü kimi, feysbukdan canlı yayım edən istifadəçi əyləncə məqsədilə bataqlığa tullanıb. Ancaq nəticə heç də gözlədiyi kimi olmayıb. 8 dəqiqəyə yaxın bataqlıqdan çıxmaq üçün mübarizə aparsa da düşdüyü yerdən xilas ola bilməyib. Və beləliklə əyləncə həvəsi ilə öz ölümünü yazmış olub.
Mynews.az Moderator.az-a istinadən sözügedən videonu təqdim edir. Əvvəlcədən qeyd edirik ki, ürəyi və əsəbləri zəif olanların, həmçinin, 18 yaşından aşağı şəxslərin izləməsi məsləhət deyil:
Maraqlı
- İbrahim Tatlısəs toyunda qızına görün nə hədiyyə etdi
- Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı - Virusun yayılmasının qarşısını alır
- Hansı qan qrupundan olanla evlənsəniz oğlunuz və ya qızınız olar? - MÜTƏXƏSSİS RƏYİ
- Autizmin əsas əlamətləri hansılardır? - AÇIQLAMA
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
- Həkim məsləhəti - Karantin zamanı tez-tez cinsi əlaqədə olun
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 926 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 907 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 598 dəfə oxunub