Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bir kişinin sizi sevdiyini necə bilmək olar? - TEST - FOTOLAR

Bəzən kişilərin qəlbini oxumaq çox mürəkkəb bir iş olur.Tez-tez öz-özünüzə belə bir sual verirsiniz? “Görəsən mən onun xoşuna gəlirəmmi?”

Onların sizi sevdiyini müəyyən etmək üçün 10 yol var. A24.Az xəbər verir ki, aşağıdakıları oxumaqla  bir nəticəyə gələ bilərsiniz.

1.O sizin haqqınızda soruşur

Beləliklə, əgər siz xoşladığınız kişi ilə bir neçə dəfə söhbət etdikdən sonra, o,  sizin haqda ümumi tanışlarınızdan məlumatlar öyrənməyə başlayırsa, marağının getdikcə artması “Sizdən xoşlanıram” deməkdir.

2.Onun baxışları

Image result for bir erkeyin sevdiyi nasıl anlaşılır

Hətta sizdən uzaq məsafədə belə olsa,  baxışların mənasını müəyyən edə bilərsiniz. Əgər o sizi başdan-ayağadək süzürsə,  baxışlarınız qarşılaşarkən sizə gülümsəyirsə, “Sizdən xoşlanıram” deməkdir.

3.Onunla söhbət

Əgər o, sizin söhbətlərinizdən xoşlanırsa, diqqətlə dinləyib, ciddi suallar, replikalarınıza yaxşı cavablar verirsə, deməli sizə qarşı laqeyd deyil.

Image result for bir erkeyin sevdiyi nasıl anlaşılır

4.Gözlənilmədən müxtəlif yerlərdə qarşılaşma

Əgər o, zaman-zaman gözlənilmədən,  anidən siz olduğunuz yerlərdə görünürsə, sizdən xoşlanır və sizin olduğunuz yerlərdə o da olur. Bunu dəqiqləşdirmək üçün onun üzünüzə baxmağı kifayətdir. Sizi gördüyündə üzü qızaracaqdır.

5.Siz xoşbəxt insansınızmı?

Related image

Bu sualı soruşmaqda  bir səbəb var.Siz xoşbəxt görünürsünüzsə, onun xoşuna gələcəksiniz. Onu görərkən qəmli, sıxıntılı simanızı dəyişin, pozitivlik romantik münasibətlər üçün daha uyğundur.

6.O sizinlə çox danışır

Əgər ikiniz də çox danışırsınızsa və o da danışmaqdan doymursa, deməli sizə bağlanıb. Susmaq münasibətlərin ölməsi deməkdir.

7.O sizinlə əlaqə qurmağa çalışır

Əgər o,  sizinlə danışarkən öz maraqlarını, həyəcanlarını, qayğılarını, hətta, məsələn ev heyvanı haqqında fikirlərini bölüşürsə, sizinlə ortaq bir nöqtəsi olmasını istəyir deməkdir. Aranızda nə qədər çox əşya, fikir və s. bağlantısı varsa, bir o qədər bir-birinizə yaxın olacaqsınız.

8.O daima sizə gülümsəyir

Image result for bir erkeyin sevdiyi nasıl anlaşılır

Kişi daima qadına gülümsəyirsə,onu sevir deməkdir.Sizin də ondan xoşunuz gəlirsə, gülümsəməyi əsirgəməyin.

9.İncə məsələləri sizə söyləyirsə

Əgər o, sizinlə zərif məsələlər haqqında danışırsa, incə şeyləri paylaşırsa,  sizdən xoşu gəlir deməkdir. Məsələn,bəzən kişilər öz qəribə xüsusiyyətlərindən danışarlar, bu o deməkdir ki, sizinlə olanda özünün rahat hiss edir.

10.Sizi incitmədən zarafat edirsə

Image result for bir erkeyin sevdiyi nasıl anlaşılır

Kişi qadına aşıq olubsa, onu incitməyərək zarafat etməyi xoşlayır. Bəlkə də, bu onun sizi güldürmək istəməsi ilə bağlıdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...