Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dayənin gününü cəhənnəmə çevirən 11 uşaq - FOTOLAR

Uşaq baxıcılığı ən çox diqqət tələb edən və ən riskli işlərdən biridir. "Whisper" saytında dayələr başlarına gələn ən qorxunc hekayələri danışıblar.

Mynews.az "Qaynarinfo"-a istinadən onlardan bəzilərini təqdim edir:

1. Şkafa salıb kilitlədilər

"5 uşağa baxırdım. Uşaqlar 2 gün boyunca məni bir şkafın içərisinə salıb qapısını bağladılar. Nə qədər çalışsam da, aça bilmədim. Arxasına nəsə ağır bir şey qoymuşdular. 2 gün sonra ailə gəlib məni tapana qədər orada qaldım".

2. Pişiyin üstünə bal tökdü

"Baxdığım uşaqlardan biri evdəki pişiyin üstünə bal töküb, sonra da onu tualet kağızı ilə sarımışdı".

3. Saçıma bir qab zər tökdü

"Qırmızı, uzun saçlarım var idi. Uşaq bir qab zəri gətirib başıma tökdü. 6 ay sonra belə saçlarımda parıldayan zər var idi".

4. Polisə şikayət etdi

"Pizzasında sosis olduğu üçün polisə zəng vuraraq məni şikayət etmişdi".

5. Hər yeri batırdı

"Mən yatdığını düşünüb otaqdan çıxdım, amma bir də gördüm ki, öz üst-başını, xalını, pərdələri və hətta pəncərəni belə bulaşdırıb".

6. Onu döydüyümü söylədi

"Uşaqla ilk tanışlığımızda mənə pis insan olduğumu dedi. Səbəbini soruşanda isə üzümə qarşı şeytani gülüş ifadəsi ilə onu döydüyümü söylədi".

7. Evdə bıçaqla qovaladı

"13 yaşım olanda 7 yaşlı bir uşağa baxırdım. Uşaq əlində bıçaqla məni ev boyu qovalamağa başladı. Anama zəng vurub köməyə çağırdım".

8. Evdən qaçdı

"6 yaşlı bir uşağa baxıcılıq edirdim. Onu yatırtdıqdan sonra pəncərədən qaçıb qonşuya oyun oynamağa getmişdi".

9. Pişiyi öldürdü

"6 yaşlı bir qız uşağı gözümün qabağında evdəki pişiyi öldürüb üstümə atmışdı. Bir də heç vaxt dayəlik etməyəcəm".

10. Telefonumu tualetə atdı

"Telefonumu və açarlarımı götürüb tualetə girdi. Hamısını unitaza atıb, sifonu çəkdi".

11. Çılpaq halda evdən qaçdı

"Altını batırdığı çün qorxdu və əynindəkiləri çıxarıb gizlətməyə çalışdı və məni gördükdən sonra ağlaya-ağlaya küçəyə qaçdı".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...