Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qadınlara qarşı cinsi zorakılığa son verəcək prezervativ istehsal olundu - VİDEO

Dünyanın istənilən ölkəsində qadınlara qarşı cinsi zorakılıq hallarına rast gəlmək mümkündür. Ağır cəzalar verilməsinə baxmayaraq hələ də bu çirkin əməli həyata keçirənlərə rastlanır. Məhz bu səbəbdən qadınlar üçün "Rape aXe" adlı prezervativ dizayn edilib.

Mynews.az ölkə.az-a istinadən xəbər verir ki, CAR-dan olan Sonnet Ehlers adlı həkim ölkəsində olan qadın zorakılıqlarının qarşısını almaq üçün bu məhsulu təklif edir.

"Rape aXe"nın üstendə dişciklər var. Bu dişciklər istifadə edildikdə qadınlar üçün heç bir narahatlıq törətmir. 

Həmin dişciklər zorlama olduğu təqdirdə kişinin cinsi orqanına ilişib qalır.

Təcavüzçü bu dişcikləri çıxarmağa çalışdıqca kişi cinsi orqanında daha da dərinə batır.

Tibbi müdaxilə olmadan da dişçiklərdən xilas olmaq mümkünsüzdür.

Hətta tualet ehtiyacı olduqda bu dişçiklər şəxsin acı çəkməsində rol oynayır.

Nəticədə təcavüzçü xəstəxanaya getməyə məcbur olacaq və beləliklə ifşa ediləcək.

Videodan daha aydın şəkildə istifadə qaydasına baxa bilərsiniz:

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...