Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qumarla "BMW" aldığı deyilən azərbaycanlı danışdı

“Həyatımda bütün uğurlara öz zəhmətimlə çatmışam, qumarla yox”

Dünən ölkə mətbuatı qumardan 4,5 milyon rubl udub özünə “BMW” və digər bahalı əşyalar alan azərbaycanlı tələbədən yazıb.

Avtosfer.az xəbər verir ki, barəsində danışılan Hüseyn Rzazadə bütün bunların ağ yalan olduğunu açıqlayıb: “Guya ki, mən “BMW” almışam qumar hesabına. Ruslar hansısa onlayn qumar saytını reklam etmək üçün hekayə uydurub, mənim fotolarımdan istifadə edərək cəfəng bir yazı hazırlayıblar. Bizin yerli saytlar da araşdırmadan həmin yazını tərcümə edərək tirajlayıblar. Yalandan özlərindən hekayə qurublar bu ruslar öz onlayn qumar saytlarını reklam etmək üçün və bizim saytlar da onların xəbərlərindən yararlanaraq tərcümə edib bütün xəbər portallarında mənim şəkillərimdən istifadə edərək yayıblar. Bildirirəm ki, mənim adım həmin yazılarda qeyd edildiyi kimi Cabbar Nəsibov yox, Hüseyn Rzazadədir. Bu avtomobil isə bir ildir ki, məndədir, qumar hesabına yox, zəhmətim hesabına almışam. Ümumiyyətlə, bütün uğurlarıma görə zəhmət çəkmişəm. Yazılanlar uydurma və cəfəngiyyatdır, məni tanıyanlar necə biri olduğumu bilirlər. Bu, biabırçılıqdır”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...