Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Hər şey üstündə tutulmuşam” - 10 dəfə həbs olunan kriminal avtoritet - VİDEO

“Razboynik” ləqəbli kriminal avtoritet narkotik tərkibli çətənə kollarını əkib-becərdiyinə görə saxlanılıb.

Mynews.az ARB TV-yə istinadən xəbər verir ki, Hacıqabul sakini, M.F.Axundov küçəsi, 35 ünvanında yaşayan 1954-cü il təvəllüdlü Səmədov İlham Ramazan oğlu adıçəkilən ünvanda 9 ədəd narkotik vasitə olan çətənə kollarını qanunsuz əkib-becərdiyinə və aqrotexniki qaydada qulluq göstərdiyinə görə tutulub.

Kirminal aləmdə “Razboynik” ləqəbi ilə tanınan İlham Səmədov əvvəllər dəfələrlə oğurluq, quldurluq, adam güllələmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi və bir sıra ağır cinayətlərdə ittiham olunaraq üst-üstə 33 ilə qədər həbsdə olub.

10 dəfə məhkumluq həyatı yaşayan İlham Səmədov ömrünün 33 ilini həbsdə keçirib.

“Hər şey üstündə tutulmuşam. Oğurluq, “razboy”, adam güllələmə, narkotik...”,-deyə bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...