Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakı dialektində işlədilən 10 fərqli söz

Hər şəhərimiz, bölgəmizə xas olan dialekt və şivələrin gözəlliyini hər kəsə nümayiş etdirmək fikrindəyik.

Bəzi sözlər ancaq bir şəhər və ya müəyyən bir zonada yaşayan insanlar tərəfindən başa düşülür, gündəlik həyatda da tez-tez işlədilir. Siz əgər həmin yerlə yaxından-uzaqdan əlaqəsi olmayan bir insansınızsa, ilk dəfə bu sözləri eşitdikdə başa düşməyə, özünüzü bir az qəribə hiss edə bilərsiniz. Bu gün biz Bakı dialektindən bir neçə söz təqdim edəcəyik.Bakı dialekti Azərbaycan dilinin şərq qrupu dialekt və şivələrinə daxildir. Bu qrupa daxil olan digər şəhərlər Şamaxı, Quba, Lənkəran və Muğan dialektləridir. Ona görə də siyahımızda bəzi sözləri bu ərazi içində yaşayan digər insanlar da başa düşə bilər. Amma bu sözlər adətən təkcə bakılılar tərəfindən sıx işlədilir.

Bakı dialektində işlədilən 10 fərqli söz

1. Zivə

Paltarları asmaq üçün istifadə olunan ipə bakılılar ”zivə” deyirlər. ”Zivədən paltarları yığ!” cümləsini eşitsəniz, təşvişə düşmədən işə başlaya bilərsiniz.

2. Nöş, nöşün

“Nə üçün” sözünün canlı dildə işlənən qeyri-müəyyənlik bildirən təhrif edilmiş forması. Çox tez-tez işlədilən sözdür. Bakılı dostlarınız varsa, yəqin ki bu söz elə sizin də dilinizə düşüb.

3. Mömə

Adətən anaya, bəzi hallarda isə nənəyə edilən müraciət forması. “Mömənin yanından gəlirəm,” cümləsini eşitsəniz, bilin ki bakılı dostunuz indicə doğmalarının görüşündən gəlir.

4. Masqura

Balaca kasa. Adətən şorbanın içilməsi üçün masquradan istifadə edilir.

5. Peyğəmbəri

Qarğıdalı yeməyi sevirsinizsə, bu sözü də yadınızda saxlamağı sizə tövsiyə edirik. Bakılılar qarğıdalıya peyğəmbəri deyir.

6. Abgərdən

Sulu yeməyi tökmək üçün istifadə edilən vasitəyə bakılılar bu adı qoyublar.

7. Külafrəngi

Adətən bağ yerlərində ən hündür yerdə salınan eyvan formalı istirahət yeri. Bakılıların ən sevimli istirahət yeridir desək, yəqin ki yanılmarıq.

8. Əziz-girami

Çox doğma və əziz adam haqqında işlədilən sözdür. Əziz-xələf kimi bir digər versiyası da mövcuddur.

9. Belənçiynə

Belə sözünün maraqlı formada uzadılmış versiyasıdır. Bəzən “belənçignə”, şimala tərəf getdikcə isə “belənkimic” kimi səsləndirmələrinə də rast gəlinir.

10. Şüvən

Həyasız adamlara adətən bakılılar şüvən (düzgün yazılışı – şivən) deyirlər. “Filankəs çox şüvən adamdır,” adətən heç nədən söz çıxaran, hər sözü söz edən adamlar haqqında deyirlər.

pahoo.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...