Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

O, hər gün öz qəbrini ziyarət edir

Gürcüstanın Batumi limanından 80 km məsafədə yerləşən İmereti kənd sakini Slava Bruşkov həbsxanada qısamüddətli cəzasını çəkərkən ölü elan edildiyini eşidib.

Mynews.az xarici KİV-ə istinadən məlumatına görə, azadlığa çıxdıqdan sonra o, mütəmadi olaraq məzarını ziyarət edir.

Məlumata əsasən, kənd əhalisi Bruşkovun yoxa çıxdığını görərək onu ölü hesab edib.

Bruşkovun qohumları olmadığından, onun həbsxanaya düşdüyündən heç kimin xəbəri olmayıb. Slavanın yoxa çıxması barədə isə polisə xəbər verilib.

Təxminən həmin ərəfədə çöldə tanınmaz halda bir kişi cəsədi tapılıb. Rəsmilər həmin cəsədin Bruşkovun olduğunu güman edərək, cəsədi onun valideynlərinin məzarı yanında basdırıblar.

3 aylıq həbsdən çıxandan sonra ana, atasının məzarını ziyarət etməyə gedən kişi öz qəbri gördükdən sonra şoka düşsə də, amma o vaxtdan məzarının qayğısına da qalır.

O, hər bayram qəbrinin üstə rənglənmiş yumurta, şərab və digər yeməklər gətirir.



Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...