Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Atasının zorladığı 5 yaşlı qız dünyaya ÖVLAD GƏTİRDİ: - DƏHŞƏTLİ HADİSƏ - FOTOLAR

5 yaşında uşaq dünyaya gətirən Lina Medina dünyanın ən gənc anası olaraq tarixə düşüb. Bu olay Lina Medinanın doğum günündə yenidən xarici medianın gündəminə gəlib. O, 1933-cü ildə Perunun balaca bir şəhərində dünyaya göz açıb. Ailədə 9 uşaq olublar.

Publika.az hadisənin necə baş verdiyini yenidən xatırladır. Belə ki, 77 il əvvəl baş verən hadisə eşidənləri hələ də, dəhşətə gətirir.

Belə ki, 1939-cu il mayın 14-də baş verən bu hadisə tibb elmini alt-üst etmişdi.

Yoxsul bir ailənin qızı olaraq dünyaya gələn Linanın qarnı və sinəsinin böyüməsi anasının diqqətini çəkib. Onun xərçəng olduğundan şübhələnən ana qızını xəstəxanaya aparıb. Təhlillər nəticəsində 5 yaşlı qızın 7.5 aylıq hamilə olduğu məlum olub.

İlkin iddialarında atasının ona təcavüzü nəticəsində hamilə qaldığı deyilirdi. Buna görə də, məhkəmə atasını həbs etsə də, sübutlar yetərli olmadığından sərbəst buraxılıb.

5 yaşlı qızın dünyaya gətirdiyi oğlana Gerardo adı verilib. Ona 10 yaşına qədər Linanın anası baxıb. Uşaq nənəsini anası olaraq bilib. Gerardo 40 yaşında ilik xərçəngindən dünyasını dəyişib. Linda 38 yaşında evlənib və ikinci dəfə ana olub. İnsanların çox Linanın yeni doğulmuş uşağı ilə çəkilmiş şəklinə və hadisəyə inanmır. Həkimlər isə 5 yaşında ərgənliyin çox nadir bir hal olduğunu deyir. Eləcə də bu yaşda hamiləlik və sağlam doğumun baş tutması da çox nadir hallardandır.

Bəzi mütəxəssislər isə Linanın qarnında əkiz qardaşının qaldığını və illər sonra dünyaya gəldiyini düşünür.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...