Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda qeyri-adi quzu doğulub - FOTO

İmişlidə qeyri-adi quzunun doğulması görənlərin marağına səbəb olub.

Mynews.az report.az-a istinadən bildirir ki, hadisə rayonun Əliqulular kənd sakini Yaqub Baxışəliyevin təsərrüfatında qeydə alınıb.

Təsərrüfat sahibi indiyə qədər ikiayaqlı və üçayaqlı heyvan görsə də, belə bir quzu ilə rastlaşmadığını deyir. Belə ki, doğulan quzunun alt çənəsi üst çənəyə bitişmədən aşağıda qalıb. Eyni zamanda, quzunun qulaq orqanları və alt çənəsi boğaz nahiyəsinə doğru yerini dəyişib. Bu isə heyvanın qidalanmasına xeyli çətinlik yaradır.

Yeni doğulan quzu artıq 3 gündür yaşayır. O, qidalanmaqda çətinlik çəksə də, digər quzular kimi normal qaçır, yeriyir, həmçinin qoyun-quzu ilə birgə gəzir.

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...