Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda kərpic, şifer, şüşə yeyən qeyri-adi adam - VİDEO

Ağstafa rayonunun Tatlı kənd sakini Bəxtiyar Qurbanovun 51 yaşı var. Onun şüşə yemək vərdişləri isə qürbətdə olanda yaranıb.

Axşam.az "ARB 24"ə istinadən xəbər verir ki, Bəxtiyar uşaq yaşlarından Qazaxıstanda ucqar kəndlərdən birində yaşayıb. Uzun müddət ərzaqsız qalan şəxs çıxış yolunu bu cür tapıb.

B.Qurbanov “Orada biraz aclığa düşdük. Heç nə yox idi. Dedik nə olar stəkandı, nəlbəkidi bunlar da yeməlidir. Onlardan yeməyə başladım. Mən torpağı, daşı götürüb yeyirdim. Büllurda turş dad hiss edirəm. Saxsı qablar torpaq dadır. Bu stəkan və şüşələrdə dad yoxdur” deyib.

Sakin bildirib ki, dişim nəyi kəsirsə yeyirəm, qorxum yoxdur:

"Açığı deyim, o şiferi də yeyərəm, kərpici də, kubiki də... Şampan butulkasını təmiz yemişəm. Mismar udmuşam

Özümü universal insan sayıram. İstədiyimi əldə etmək üçün bütün peşələrə də yiyələnə bilərəm".

O, hazırda bənnalıq edir. Rəssamdır. Bərbər işini də məharətlə görür.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...