Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İranlı səyyah velosipedlə Azərbaycanı belə gəzir - VİDEO

Xarici ölkəyə gedənlər adətən təyyarə reysləri, dəmiryolu və ya şəxsi avtomobilindən istifadə edirlər.

Mynews.az ARB Şəki-yə istinadən xəbər verir ki, iranlı səyyah velosipedlə gəzintini üstün tutub.

Məqsədi ekologiyanı qorumağa diqqət çəkməkdir. Azərbaycana səyahət edən İranlı velo-səyyahın yolu İsmayıllıdan keçib. İranın Astara şəhərindən səyahətə başlayan velo-səyyah əvvəlcə Lənkərana, Salyana, sonra isə paytaxt Bakıya gəlib. Bakıdan isə bölgələrə üz tutub.

2 gün ərzində velosipedlə hərəkətdə olan səyyahın Qobustan, Şamaxı rayonları ilə də tanış olub. O, həmçinin keçdiyi rayonların tarixi abidələri, milli adət-ənənələri ilə maraqlanıb.

Javad Keshtgar “İsmayıllıda velosiped sürmək üçün rahat yolun və zavodunun olması mükəmməldi. Avtomobillərdən yox, velosipedlərdən istifadə edin. Hava da daxil olmaqla burada hər şey gözəldir” deyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...