Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Cinsiyyətini dəyişdirən 11 şəxs - FOTOLAR

Onların hazırki şəkillərinə baxaraq elə düşünmək olmaz ki, əvvəllər əks cinsin nümayəndəsi olublar.

Mynews.az goldnews.az-a istinadən cinsini dəyişdiyinə inanmayacağınız 11 transgenderi təqdim edir.

Andrea Peyiç

Andrea Pejic model kimi fəaliyyət göstərib, 2014-cü ildə o, əməliyyat nəticəsində görnüşünü dəyişib.

Ceymi Uilson

Əməliyyat olana qədər o, gözəl qız idi. Lakin Ceymi həmişə bədinində özünü yad biri kimi hiss edib. O, əməliyyata xarici görnüşünü dəyişdirməklə başlayıb.

Adeş-Ameliya Maltəpə

Adeş əslən Banqladeşdəndir, müsəlman ailəsində dünyaya gəlib. Bu respublikada dəyişikliklərə o qədər də müsbət yanaşılmır. Buna görə də 2009-cu ildə Adeş Kanadaya gedib və qadın olmaq üçün ilk addımı atmış olub. İndi onun adı Ameliyadır.

Talita Zampirolli

Talita Zampirolli Brazilyada oğlan uşağı kimi anadan olub. 18 yaşında isə cinsiyyətini dəyişib.

Balian Buşbaum

O, şüvüllə hündürlüyə tullanma üzrə Almaniyanın məşhur idmançısı olub. 2007-ci ildə idman dünyasını tərk edən qız cinsiyyətini dəyişəcəyini söyləyib və bu istəyini həyata keçirib.

Loren Kemeron

Amerikalı yazıçı 1993-cü ildə cinsiyyətini dəyişib. O düşünüb ki, kişi bədənində özünü daha rahat hiss edəcək. Loren hormonal dərmanlar qəbul etməyə başlayıb və daha da aktiv olub. O, həm də fotoqrafdır, əsasən də özünü çılpaq şəkildə çəkməyi xoşlayır.

Karmen Karrera

Amerkalı model Karmen Karrera bir neçə il bundan əvvəl Kristofer adlı kişi olub. Amerikanın məşhur realiti şousundan sonra o, əməliyyat olmağa qərar verib.

Aysis Kinq

Bir neçə il bundan əvvəl o, Derrell Uoolls adlı oğlan olub, cinsiyyətini dəyişdirdikdən sonra isə Aysis adlı qıza çevrilib. Bir neçə dəfə Aysis Amerikanın məşhur top-model şousunda iştirak edib.

Lukas Silveyra

Uşaqlıqda o, nadic Liliya adlı qız olub. Bir müddətdən sonra isə Liliya Lukasa çevrilib. O, ilk transseksualdır ki, bunu açıq şəkildə elan edib.

Cena Talakova

Cena Talakova Kanadanın məşhur modeli və aparıcısıdır. O, “Miss Kainat” müsabiqəsində ölkəsini təmsil etmək hüququ qazanıb. Lakin finala çıxandan sonra Talakovanın yalanları üzə çıxıb. Çünki Cena cinsini dəyişdirmək üçün bir neçə dəfə əməliyyat olunub.

Rayan Salans

O, uşaqlıqda Kimberli Enn Salans adını daşıyıb. Salansın qadından kişiyə çevrilməsi bir neçə il vaxt aparıb, nəhayət 2005-ci ildə o, arzusuna çatıb və Rayan olub. İndi isə Rayan hüquqşünas və natiq kimi fəaliyyət göstərir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...