Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu qəbilə bütün insanları YADPLANETLİ BİLİR - inanmayacağınız VƏRDİŞLƏR - FOTOLAR

Korovai adlı qəbilənin insanları hələ də, elə bilirlər ki, yer üzündə onlardan savayı heç kim yaşamır. Bu qəbilə haqda çox əhvalatlar gəzir. Deyilənə görə, onlar ərazilərinə ayaq basan insanları yadplanetli hesab edərək, öldürüb, ətini yeyirlər.

Publika.az xəbər verir ki, belə vəhşi həyat tərzinə alışmış insanları inkişaf etmiş cəmiyyətlər maraqlandırmır. Onlar öz qəribə həyatlarından kifayət qədər zövq alır və heç kimi özlərinə yaxın buraxmırlar.

Yeni Qvineyada yaşayan Papualıların adətləri və yaşam tərzləri bizə qorxulu gəlsə də, onlar mövcuddur və bu gedişlə hələ uzun illər qədim dünya düşüncəsi ilə yaşayacaqlar.

Korovai qəbiləsində evlər yer səthindən 10 m və 50 m arası hündürlükdə tikilir. Onlar düşünürlər ki, hündür evlər şeytanların və qara qüvvələrin məskənidir. Bu evlər onları həmçinin vəhşi heyvanlardan da, qoruyur. Hər bir daxmanın ən az iki otağı olur. Birində ailə başçısı, digərində isə uşaqları ilə birgə qadın yaşayır. Bu qəbilədə çoxarvadlılıq ənənəsi olduğu üçün bəzən arakəsmələrin sayı daha çox olur.

Korovailərin əsas qidasını saqo ağacından hazırlanmış un və müxtəlif həşəratlar təşkil edir. Həşəratlar əhalinin protein ehtiyacını qarşılayır. Ovçuların əsas silahı ucu itilənmiş daş və sümükdür, çünki tunc dövrü hələ bu qəbilədən uzaqdır. Korovailər məişətdə bıçaq əvəzinə ucu itilənmiş heyvan sümükləri istifadə edirlər.

Qəbilədə orta statistik yaş həddi 30-dur. Kişilər qadınlara nisbətən daha az yaşayırlar.

Korovailər demək olar ki, bütün gün tütün çəkirlər. Bu adətə onları 5-6 yaşdan başlayaraq alışdırırlar. Qəbilənin insanları geyimdən istifadə etmirlər. Əvəzində isə qəribə bəzək əşyaları taxır və aşağı hissələrini yüngül materiallarla örtürlər.

Bu qəbilənin dəfn mərasimləri də, maraqlı keçir. Korovailər çox hörmət bəslədikləri sərkərdələrini və böyüklərini mumiyalayıb, saxlayırlar. Adi qəbilə üzvlərini isə, öldükdən sonra palma yarpaqlarına bükür və vəhşi heyvanlara yem edirlər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...