Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu ölkədə qadınla kişi öpüşərsə… - CİNSİ QADAĞALAR

Xaricə səyahət etmək fikriniz varsa, həmin ölkə haqqında mütləq məlumat toplayın. Yoxsa pis vəziyyətdə qalarsınız. Bu, həm də sizin təhlükəsizliyiniz baxımından faydalı olar. Məsələn, cinsi həyat haqqında bilmək heç də pis fikir deyil.

Mynews.az saglamheyat.com-a istinadən bəzi ölkələrin qərib cinsi qadağaları ilə sizi də tanış edir.

Ərəbistan

Ərəb ölkələrində qadın ginekoloqların pasientləri müayinə etməsinə icazə verilir. Ancaq birbaşa genital bölgəsinə baxması qəti qadağandır. Vəzifələrini yerinə yetirmək üçün həkimlərin müayinə güzgüsü var. Bundan istifadə etməklə xəstələri müayinə edə bilirlər.

Macarıstan

Macarıstanda işıqlar yanarkən sevişmək qadağandır. Bu qanunun yaranmasının səbəbi haqqında isə heç bir məlumat yoxdur.

İngiltərə - Liverpul

İngiltərədə satışları yüksəltmək üçün maraqlı üsullardan istifadə edirlər. Akvarium balığı satan qadınların büstqalter taxmadan satıcılıq etməsi qanunidir.

Dubay

Demək olar ki, heç bir ölkədə cəmiyyət arasında cütlüklərin bir-birlərini öpməsi qadağan deyil. Lakin bu vəziyyət Dubayda bir az fərqlidir. Dubayda qadın və kişi yanaq-yanaqa belə öpüşsə, 10 gün həbsə məhkum edilir. Eyni zamanda, kişilərdən biri spirtli içki qəbul edibsə, həbs cəzası 1 ilə qədər uzadılır.

Uruqvay

Uruqvaylı kişilər arvadını zina edərkən tutarlarsa, onu öldürmə haqqına sahibdirlər. Hətta onlara başqa bir variant da təqdim edilir. Həyat yoldaşlarını öldürmək istəməsələr, zina etdiyi kişini xədim etmələri də qanunla təsdiqlənib

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...