Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

WhatsApp yeni rekord vurdu

"WhatsApp" ödənişsiz messencerinin gündəlik auditoriyasının sayı 1 milyard nəfəri ötüb.

Mynews.az lent.az-a istinadən xəbər verir ki, bu barədə messencerin rəsmi saytında məlumat verilib.
 
"Telegram", "Viber", "Mail.Ru", VK kimi rəqiblərinin olmasına rəğmən, "WhatsApp"ın istifadəçilərinin sayı getdikcə artır. Ekspertlər bunu messencerin funksional imkanları və bütün yaş qruplarından olan istifadəçilərin bunlara asanlıqla uyğunlaşması ilə əlaqələndirir.
 
"WhatsApp"ın təkcə bir gündən sonra silinən status auditoriyasının sayı 250 milyon nəfər təşkil edir. "İnstagram" sosial şəbəkəsində də bu göstərici təxminən eynidir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...