Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

10 yaşlı qızı manyakın təcavüzündən Quran ayələri xilas etdi - Ayətəl-kürsi

Alçaq niyyətli kişi qızcığazı qohumlarının toy mərasimində görüb və gəlinə hədiyyə gətirmək adı ilə aldadaraq evinə aparıb...

10 yaşlı qız bədniyyətli adamın hücumundan Qurani-Kərimin 5 ayəsi vasitəsilə xilas oldu. 

Mynews.az xarici İslam saytlarına istinadla xəbər verir ki, ərəb ölkələrindən birində 10 yaşlı qız başına gələnlər haqda qəzetə danışıb.Valideynləri ilə birgə qohumlarının toy mərasimində iştirak edən qızcığaz zalda gəzişərkən bir kişiözünü bəy və gəlinin yaxını kimi təqdim edərək ona yaxınlaşıb.  

Kişi guya gəlin üçün sürpriz hədiyyələr gətirmək üçün qızın ona kömək etməli olduğunu söyləyib. Bədniyyətli kişiyə inanan qızcığaz gəlin üçün sürpriz etməyin maraqlı olacağını düşünərək avtomobilə əyləşib. Qızı mənzilinə gətirən  manyak deyib ki, hədiyyələri götürüb şadlıq evinə qayıdırıq. Lakin içəri girən kimi o, qapını bağlayıb və qızı  çarpayıda oturmağa məcbur edib.

Bu zaman kişinin nə etməyə hazırlaşdığını anlamayan qız qorxub və valideynlərinin əzbər öyrətdiyi, Ayətəl-Kürsinin də (Əl-Bəqərə surəsi 255-258) daxil olduğu 5 Quran ayəsini oxumağa başlayıb. Çəkmək üçün qəlyan hazırlayan kişi qızi inandırmağa çalışıb ki, onun atasını yaxşı tanıyır və onu  xəbərdar edib.

Sonra o, qızcığaza təcavüz etməyə cəhd edib. Lakin manyak hər dəfə ona yaxınlaşanda qız Quran ayələrini oxumağa başlayıb və o geri çəkilib. Hətta kişi qızı  bir neçə dəfə şillə ilə vursa da, o, ürəyində yenə ayələri oxumaqda davam edib. Bu minvalla səhər açılıb. Öz alçaq niyyətinə nail ola bilməyəcəyini görən manyak qızcığazı qohumlarının evinin yanına apararaq aradan çıxıb. Qızın ifadələrinə əsasən manyakın izinə düşən polis onu yaxalaya bilib. Məlum olub ki, o, son 3 ildə dəfələrlə uşaq və yeniyetmələri zorlamış məktəb müəllimidir. Manyak ölkə qanunlarına uyğun layiqli cəzasını alıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...