Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qadın həbsxanaları haqda bilmədiklərimiz - FOTOLAR

Qadın həbsxanaları cinayət aləminin xüsusi qalaktikasıdır. Cinayət dünyasının qanunları bu qalaktikaya yaddır. Qadın təcridxanalarının öz qayda-qanunları var ki, hər bir dustaq ona riayət etməlidir.

Qadın təcridxanalarında hökm sürən qaydalar haqda yazını təqdim edir:

Qadın həbsxanalarında "böyük" deyilən bir nəfər seçilir. Məhz bu şəxs kameralardakı səliqə-səhmana, yad cisimlərin otaqlara daxil olmamasına, sakitçiliyə nəzarət edirlər.

Kameralarda sinif bölgüsü

Qadın və kişinin törədə biləcəyi cinayətlər bir-birindən fərqlənir. Məsələn, qadınlar çox nadir hallarda kütləvi davalar və iri həcmli oğurluqlarda təqsirli bilinirlər. Onlar çox vaxt qətl hadisələrində günahkar bilinib, həbs edilirlər. Əksər zamanlarda bu qətllər məişət əşyaları ilə törədilir. Bu da qadınların daha emosional olduqlarını bir daha sübut edir. Qadın zorakılığının qurbanları çox vaxt ərləri, məşuqları və ya rəqibləri olur. Qadınlar çox vaxt hadisə yerinə gələn polislərə problem yaratmadan təslim olurlar.

Qadın təcridxanalarından kişilərdən fərqli olaraq liderlik uğrunda mübarizə getmir. Burada bir "böyük", onun iki köməkçisi və digər qadınlar olur. Köməkçilər kameraların təmizliyinə, gündəlik qidaya, yad cisimlərin, kəsici alətlərin olub-olmamasına nəzarət edirlər. Bəzən də qadınlar arasında "ailə" deyilən birliklər baş tutur. Bu münasibətlər ailə və dostluq anlayışına yaddır. "Ailə" üzvləri bir-biri ilə sadəcə öz ərzaqlarını, kosmetik vasitələrini, geyimlərini bölüşürlər.

Təcridxana kameralarının hər biri 40-60 nəfər üçün nəzərdə tutulur. Hər bir çarpayı ikimərtəbəli olur. Yalnız "böyük" adlandırılan qadın birmərtəbəli çarpayıda yata bilər. Hər bir kameranın mətbəxi, ayaqyolu və hamamı olur. Məhbuslar gün ərzində 3 dəfə kameranı səliqəyə salırlar.

Təmizlik qrafiki bir həftə öncədən tərtib olunur. Növbətçilikdən imtina etmək qadağandır. Əks halda rüşvət vermək lazım gəlir. "Böyük" və onun köməkçiləri mətbəxdə ikən ora girmək qadağandır. Qadın təcridxanalarında həmçinin yüksək səslə danışmaq və söyüş söymək də olmaz. Əks halda həmin şəxsi sərt cəza gözləyir. Kameraya yeni gələn məhbuslar "böyük" sayılan qadının ixtiyarına verilir. O yeni üzvləri təlimatlandırır və qaydaları izah edir.

Cəzası müəyyən edilən qadın həbsxanaya girən kimi real həyatla vidalaşır. Bu isə hər kəs üçün böyük stressdir. Məhbusların adaptasiyasının daha yüngül baş verməsi üçün qismən varlı və savadlı qadınlar bir, kasıb və savadsız məhbuslar isə digər kameralara göndərilir. Bunun əsas səbəbi davaların qarşısını almaqdır. Qadın kameralarında dava və qətl hadisələri kişilərə nisbətən daha az baş verir.

Həbsdə sevgi macəraları

Təcridxanalarda ən çox müzakirələrə səbəb olan mövzu qadınlar arasında sevgidir. Bu münasibətlərə onların yalnız intim əlaqələri deyil, həm də psixoloji, mənəvi dəstəkləri daxildir. Çox vaxt təməli həbsxanada qoyulan məhəbbət macəraları, azadlığa çıxdıqdan sonra da davam edir.

Həbsxanalar haqda deyilən və heç bilinməyən onlarla faktlar var. Ən dəqiqi isə odur ki, burada yaşanan 1 il belə azadlıqda keçirilən 1 dəqiqəni əvəz edə bilməz./publika.az

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...