Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Uşağın qız və ya oğlan olması kimdən asılıdır? - Qurandan və tibbdən dəlillər

Son günlərdə Lənkəranda 6 günlük körpənin qıyıqla öldürülərək su quyusuna atılması hadisəsi Azərbaycan mediasını silkələdi. Araşdırmalardan sonra məlum oldu ki, 6 günlük körpənin canına qəsd edən nənəsi imiş. Buna səbəb də ikinci nəvəsinin də qız olmağı olub.

Картинки по запросу bebek

Bilməyənlərə xatırladım ki, indi 21-ci əsrdir. Nə qul dövrüdür, nə də quldarlıq. Orta əsrlərdə də yaşamırıq. Texnologiyanın inkişaf etdiyi, millətin Yerdən bezib, artıq Göydə məskunlaşmağa hazırlaşdığı bir zamandayıq. Bu cür cahil məsələlərlə məşğul olmaq ancaq və ancaq özümüzə ziyan verə bilər.

Картинки по запросу Quran

Uşağın qız və ya oğlan olmasının kimdən asılı olduğunu xırdalayaq. Qurandan sübutlar gətirək:

Quranın Nəhl surəsinin 58-59-cu ayələrində bildirilir: İslamdan əvvəlki cahiliyyə dövründə ərəblərdən birinə – “qızın oldu”, – xəbərini verdikdə o, həddindən artıq kədərlənər, üzü qəm-qüssədən qap-qara qaralar, xalqdan gizlənməyə çalışar, yenicə doğulmuş qız uşağını utana – utana əlində tutar, yaxud da onu diri-diri torpağa basdırarmış. Bunu bir daha təkararlayaq İSLAMDAN ÖNCƏ

Картинки по запросу bebeğin cinsi

Qiyamə surəsi, 36-39-cu ayələr:

“Məgər insan elə güman edir ki, o, başlı-başına buraxılacaq?! Məgər o (ata belindən ana bətninə) tökülən bir qətrə məni (nütfə, sperma) deyilmi? Sonra laxtalanmış qan (qapalı qalan bir şey, rüşeym, embrion) oldu və Allah onu yaradıb surət verdi (insan şəklinə saldı). Sonra da ondan bir kişi, bir qadın olmaqla iki cift (həmtay) yaratdı”.

Şuara surəsi, 49-50-ci ayələr:

“Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir. Yaxud hər ikisindən – həm oğlan, həm də qız verir, istədiyini də sonsuz (övladsız) edir. O (hər şeyi) biləndir, (hər şeyə) qadirdir”.

Картинки по запросу bebeğin cinsi

Fussilət surəsi 47-ci ayət:

Mayalanma zamanı uşağın cinsiyyətini təyin və təsbit edən qüdrətli bir əl vardır ki, o da məhz Allah-təaladır. Qurani-Kərimin buyurduğu kimi, “bətnlərdə (anaların bətnində) sizə istədiyi surəti verən Odur” (Ali-İmran, 6). Və ya “O bilmədən heç bir meyvə qabığından (tumurcuğundan) çıxmaz, heç bir qadın hamilə olmaz və bari-həmlini yerə qoymaz”.

Quranda verilən bu məlumatın doğruluğu genetika və mikrobiologiya elmlərinin inkişafı ilə qəti şəkildə təsdiq edildi. Cinsiyyətin tamamilə kişidən gələn sperma hüceyrələri tərəfindən müəyyən edildiyi, qadının isə bu işdə heç bir rolunun olmaması təsdiqləndi.

Картинки по запросу X Y kromozom

Cinsiyyəti müəyyən edən əsas amil xromosomlardır. İnsanın quruluşunu müəyyən edən 46 xromosomdan ikisi cinsiyyət xromosomudur. Bu iki xromosom kişidə XY, qadında isə XX kimi tanınır. Bunun səbəbi bəhs edilən xromosomların bu hərflərə bənzəməsidir. Y xromosomu özündə kişilik, X xromosomu isə qadınlıq genləri daşıyır.

Qadının yumurtalığı hər ay bir yumurta verir. Kişi (erkək) isə hər cinsi təmasda 25 və ya 26 milyon spermatozoid ifraz edir. Onlardan yalnız bir dənəsi dişi yumurtalığın içinə girməyi bacarır, qalanları isə ifraz edilir. Kişinin ifraz etdiyi nütfə (spermatozoidlər) erkəklik və dişilik xüsusiyyətləri daşıyır. Əgər yumurtaya aktiv təsir göstərən (onu mayalandıran) spermatozoid dişilik xüsusiyyətləri daşıyırsa, rüşeym dişi (qız), erkəklik xüsusiyyətləri daşıyırsa, rüşeym erkək (oğlan) olur.

Картинки по запросу X Y kromozom

Müasir elmin təsdiq etdiyi bu həqiqət haqqında Qurani-Kərim 14 əsr bundan əvvəl xəbər verib. “Ana bətninə düşən uşağın oğlan, yaxud qız olmasında əsas səbəb erkəyə (kişiyə) aid olan ərlik suyudur”.

İndi bu cür sadə bir məlumatdan bixəbər olanlara Allah hidayət versin.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...