Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yeni doğulmuş qız anasını qucaqladı - VİDEO

Dünyaya gəlməsindən cəmi 20 dəqiqə keçmiş qız anasının hənirini alandan sonra onun üzünü qucaqlayıb və yatıb.

Mynews.az El Mundo-ya istinadən bildirir ki, olay Braziliyanın Santa-Monika şəhərindəki hospitalda yaşanıb.

24 yaşlı Brenda Koelyu de Souza qeysəriyyə kəsimi əməliyyatı vasitəsilə qızı Aqatanı doğmuşdu.

Cərrahlar və mamaçalar Aqatanı doğuşdan cəmi bir neçə dəqiqə sonra yaşıl mələfəyə bükərək anasına göstəriblər. Daha sonra onlar kiçik Aqata Ribeyru Koelyunu anasının başının yanına uzadıblar.

Anasının qoxusunu alan, hənirini duyan Aqata onu qucaqlayıb və yuxuya gedib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...