Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hər gün dəfələrlə istifadə etdiyimiz “İnşallah” nə deməkdir?

“İnşallah” sözü “in” (əgər), “şəa” (istəsə) və “allah” sözlərindən əmələ gəlib, “əgər allah istəsə”, qısacası “allah qoysa” mənasını verir.

Hər gün bir çoxumuzun dəfələrlə təkrar etdiyi “inşallah” sözü ilə bağlı qısa araşdırmanı təqdim edirik:

İslam dininə görə “İnşallah” əhd bağlamaqdır. Məsələn “mən Allahın izni ilə həmin işi əmələ gətirmək üçün bütün səbəbləri əmələ gətirəcəyəm və əgər Allah istəsə söz verdiyim şey baş verəcək”.

“İnşallah” sözünün üzərinizə qoyduğu vəzifə söz verdiyiniz işlə əlaqədar mümkün olan qədər əmələ gətirilməlidir. Əgər əmələ gətirmirsinizsə, deməli, “inşallah” sözünü sadəcə dildə iqrar etmisiniz, əməldə onu göstərməmisiniz. İslam dinində isə bu möminə xas olmayan xüsusiyyət kimi qeyd edilir.

İslam alimləri qeyd edir ki, siz “inşallah”la dediyiniz sözü əmələ gətirmisinizsə və gözlənilməz bir hadisə üzündən söz verdiyiniz işi yerinə yetirə bilməyirsinizsə, bu zaman verdiyiniz sözün məsuliyyəti üzərinizdən götürülür.

İslam dinində əhdin məsuliyyəti böyükdür və Məhəmməd peyğəmbərin bu sözlərini buna sübut hesab etmək olar:

“Əmanətə xəyanət edənin imanı, əhdinə vəfa etməyənin isə dini yoxdur.” (Ölkə.Az)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...