Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu məşhur şirkətlərin loqolarındakı gizli mesajları bilirdinizmi? - RƏSMİ FAKTLAR

Məşhur şirkətlərin loqolarında yer alan mesajlar həmişə insanlar üçün maraqlı olub. Lakin bu maraqdan istifadə edən bəzi yaradıcı insanlar özlərinin fantaziyalarını işə qoşaraq həmin şirkətlərin loqolarına həqiqətə uyğun olmayan mənalar yükləyiblər.

Mynews.az sizə şirkətlərin öz loqlarındakı rəsmi olaraq etiraf etdikləri mesajları təqdim edir.

  1. Toyota şirkətinin işarəsindəki halqalara diqqətlə baxsaq, orada “Toyota” sözünün bütün hərflərini görə bilərik.
  2. McDonalds 1960-cı illərdə loqosunu dəyişmək istəyirmiş. Lakin şirkətin mətbuat rəhbəri və psixoloqu Luis Çesgin loqodakı “M” hərfinin sağlam qadın döşlərinə bənzədiyini və bu bənzəyişin insanlarda şüuraltı bağlılıq yaratdığını əsas gətirərək dəyişikliyə müsbət rəy verməyib.
  3. “FedEx”in loqosuna diqqətlə baqxsaq, “e” və “x” hərfləri arasındakı boşluğun, istiqamət işarəsi, vektoru andırdığını görərik. Şirkət bunu inkişaf rəmzi olaraq düşünüb.
  4. “Aple” şirkətinin dişlənmiş alma şəklini təmsil edən loqosu isə “Adəm və Həvva” rəvayətindəki dişlənmiş almaya eyham edir.

  5. Almanca “Volks” adamlar “Wagen” isə avtomobil mənasını verir. Loqoda üst-üstə mindirilmiş bu hərflərin mənası isə insanlar üçün hesablanmış ən uğurlu avtomobil deməkdir. Yəni hərflərdən də göründüyü kimi insalar avtomobilə miniblər.
  6. “Amazon”un loqosunda isə isə 2 fərqli mesaj var. Birincisi: “A” hərfinin altından başlayan ox, “Z” hərfinin altında bitir. Yəni burada insanlar A-dan Z-yə hər şey tapa bilər. İkincisi: həmin sarı ox gülümsəyən “smile” bənzəyir ki, bu da Amazonda olan insaların xoşbəxt olduğuna eyham edir.
  7. “SUN – microsystems” şirkətinin loqosuna isə hansı trəfdən baxsanız, “SUN” sözlərini oxuya bilərsiz.
  8. “Formula-1″in loqosuna ilk baxışda yalnız “F” hərfi görünür, “1” isə gözə dəymir. Lakin “F” və alov işarəsinin arasında qalmış boşluq əslində “1” işarəsidir.
  9. “Coca-Cola” şirkətinin loqosu ilə bağlı xeyli maraqlı fərziyyələr olsa da, bunların heç biri rəsmi təsdirini tapmayıb. Lakin rəsmi təsdiqini tapmış, lakin çox da populyar olmayan bir məqam, loqoda yer alan Danimarka bayrağıdır. “O” hərfinin yerləşdiyi yerdə diqqət çəkən bayraq, bu ölkənin dünyanın ən xoşbəxt ölkə olduğuna göndərmədir.

Ola bilsin ki, paylaşdığımız bu mesajlar içində insanı riqqətə gətirən, fantastik informasiyalar yoxdur. Amma nəzərə alın ki, qeyd olunanların hamısı həqiqətdir. Həqiqət çox zaman adi görünür, amma dəyərli olur. Ümid edirik ki, bu məlumatlar arasında sizin üçün də dəyərliləri oldu.

Mənbə: Azermedia.Az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...