Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu saytda hər kəs öz “əkiz”ini tapa bilir - FOTOLAR

Heç kimlə əkiz olmadığınızı düşünürsünüz? Belə bir fikir mövcuddur ki, dünyada hər bir insanın 7 əkizi var. Lakin onlar dünyanın müxtəlif hissələrinə səpələndikləri üçün, bir-biriləriylə görüşmək ehtimalları da olduqca azdır.

Bu nəzəriyyəni sübut etmək üçün, Dublindən olan 3 gənc – Nimf Jini, Gari English və Terens Manzanga Twin Strangers (Yad Əkizlər) adlı bir resurs yaratmaq qərarına gəliblər. Bu maraqlı layihədə öz əkizlərini də tapmağı bacarmış qurucular hər kəsin buna nail ola biləcəyinə inanırlar.

İlk növbədə etməli olduğunuz şey sayta fotonuzu yükləməyiniz və simanıza aid xüsusiyyətləri (üz quruluşunuz, qaşlarınızın, dodaqlarınızın və gözlərinizin forması və s.) qeyd etməkdir.

Sonra isə hər şey daha asandır. Sayt avtomatik olaraq sizə ən oxşar şəkilləri təklif etməyə başlayır. Siz onlar arasında heyrətamiz dərəcədə oxşarlığınız olan insanları tapa və onlarla əlaqə qura biləcəksiniz. Pahoo.az sizə həmin bir-birinə yad əkizlərin bəzilərinin görüşlərindən fotoları təqdim edir:

pahoo.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...