Hamının oxşarı var - Bu sayt vasitəsilə əkizinizi tapa bilərsiz - FOTOLAR

Heç kimlə əkiz olmadığınızı düşünürsünüz? Belə bir fikir mövcuddur ki, dünyada hər bir insanın 7 əkizi var. Lakin onlar dünyanın müxtəlif hissələrinə səpələndikləri üçün, bir-biriləriylə görüşmək ehtimalları da olduqca azdır.
Bu nəzəriyyəni sübut etmək üçün, Dublindən olan 3 gənc – Nimf Jini, Gari English və Terens Manzanga Twin Strangers (Yad Əkizlər) adlı bir resurs yaratmaq qərarına gəliblər. Bu maraqlı layihədə öz əkizlərini də tapmağı bacarmış qurucular hər kəsin buna nail ola biləcəyinə inanırlar.
İlk növbədə etməli olduğunuz şey sayta fotonuzu yükləməyiniz və simanıza aid xüsusiyyətləri (üz quruluşunuz, qaşlarınızın, dodaqlarınızın və gözlərinizin forması və s.) qeyd etməkdir.
Sonra isə hər şey daha asandır. Sayt avtomatik olaraq sizə ən oxşar şəkilləri təklif etməyə başlayır. Siz onlar arasında heyrətamiz dərəcədə oxşarlığınız olan insanları tapa və onlarla əlaqə qura biləcəksiniz. Həmin bir-birinə yad əkizlərin bəzilərinin görüşlərindən fotoları təqdim edirik:
https://twinstrangers.net/
Maraqlı
- Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı - Virusun yayılmasının qarşısını alır
- Hansı qan qrupundan olanla evlənsəniz oğlunuz və ya qızınız olar? - MÜTƏXƏSSİS RƏYİ
- Autizmin əsas əlamətləri hansılardır? - AÇIQLAMA
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
- Həkim məsləhəti - Karantin zamanı tez-tez cinsi əlaqədə olun
- Günahı biraz da özümüzdə axtaraq - VİDEO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Təhsil Nazirliyindən müəllimlərin ittihamlarına CAVAB - Əlavə vaxt verildi 1034 dəfə oxunub
- Sosial şəbəkədə hərbçi adından paylaşım edən qadınla bağlı RƏSMİ AÇIQLAMA 1009 dəfə oxunub
- Baş Prokurorluq daha 4 nəfərə xəbərdarlıq etdi 1006 dəfə oxunub
- Pensiya alanlara ŞAD XƏBƏR 1002 dəfə oxunub
- Hava ilə bağlı XƏBƏRDARLIQ 998 dəfə oxunub