Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda bəxt açan eşşək - 100 manata - VİDEO

Quba rayonunun Nügədi kənd sakini İbrahim Seyidov eşşəklə şəkil çəkdirənlərdən pul qazanmaq məqsədilə onu bəzəyib.

Lakin ona gələn hədiyyələrdən sonra uzunqulaq kənddə bəxt açan kimi tanınmağa başlayıb.

“İlk gün eşşəyi gətirdim bir qız tərsinə mindi. 1 ay sonra qız evləndi. Mənə maşınla xonça gətirdilər. Buna minən qızların bəxti açılır. Şəkil çəkdirmək üçün 1 manat alıram. Bəxt açdırmaq üçün 100 manat alıram. Hər gün 20-60 manat arası qazanıram”, – heyvanın sahibi İbrahim Seyidov deyib.

Uzunqulağın sahibi deyir ki, bəxtin açılması üçün əməl olunmalı qaydalar var. Bunun üçün gənc qızlar Donquşun üzərinə tərsinə oturmalıdır.

ARB TV mövzu ilə bağlı reportajı təqdim edir:

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...