Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İş tapmağın ən asan yolları - Altı qızıl qayda

Necə iş tapmalı?

Hər bir iş axtaran gənc həyatda ən azı bir dəfə belə suallar qarşısında dayanmaq məcburiyyəndə qalır: nə etməli, müraciəti hara yönəltməli. Əmək bazarında nə baş verdiyini anlamağa çalışır ki, iş tapa bilsin. Bir neçə ciddi məqamlar var ki, onları mütləq nəzərdən keçirməlisiz:

Planlı yanaşma. Şüurlu şəkildə yanaşma və planlaşdırmaya eytiyac var. Elə alınmasın ki, bu gün siz bir neçə müsahibədə iştirak edısiniz (və uyğun heç nə olmasın), sabah isə "boş gün" əmələ gəlsin. Əgər hər hansı bir mühüm məşguliyyət yoxdursa mütləq iş axtarmaqla bağlı ən azı bir tədbir planlaşdırın. Məsələn, İş elanı ilə bağlı hər hansı bir telefon zəngi, və ya internet saytlarında axtarış.

Dostlar və tanışlar. Gənc tələbə və ya məzun iş axtardığı barədə məlumatı ilk öncə dostlar və tanışlara çatdırmalıdır. Belə görünə bilər ki, bu ən rahat və etibarlı üsuldur. Lakin, müasir zamanda ixtisaslaşma və peşəkarlıq üstünlük verildiyindən karyeranı bunun üzərində qurmaq həmişə mümkün olmur. İstənilən halda CV-ni yazmaq və müsahibədən keçmək lazım gələcək. Digər tərəfdən, idarələrin kadr şöbələrində olan indormasiya çoxluğu və şəxsi zəmanətin əhəmiyyətli dərəcədə məsuliyyətli olduğundan bu şansdan da faydalanmaq məsləhətdir.

Kadr agentlikləri və İşədüzəltmə şirkətləri. İri şirkətlərdə geniş iş təcrübəsinə malik olan şəxslərə işə düzəltmə şirkətləri tərəfindən iş tapmaq daha asan olur. Onlara sadəcə elektron poçt vasitəsilə müraciət etmələri məqsədəuyğun hesab olunur. Uyğun gələn vakansiya olduqda işədüzəltmə agentləri dərhal özləri Sizə müraciət edəcəklər. Belə əməkdaşlıq daha çox uğurlu nəticələr verir. İşədüzəltmə şirkətləri tərəfindən iş tapan şəxslər həmin agentlərə öz təşəkkürlərini bildirirlər. İri işədüzəltmə şirkətləri mövcud olan stabil və iri şirkətlərlə əməkdaşıq edirlər ki, perspektivli vakansiyalar da onlardan almaq ehtimalı çoxaldır. Həmin agentliklərdən imtina edərək, Siz mühüm vakansiyalardan xəbərdar olmamaq riskini artırmış olursunuz.

Canlı ünsiyyət. Sadəcə telefon qarşısında zəng gözləyrək yaxşı iş tapmaq olmur. Şirkətlər bir çox oxşar tərcümeyi-halları qebul edir, lakin hamısına nəzər sala bilmirlər. Şirkətin işə qəbul prossesində məsul əməkdaşı ilə şəxsi əlaqə yaratmaq - bu iş axtarışının əsas amilidir. Buna görə, ən yaxşı üsul - tərcümeyi-halı göndərib və zəng etmək. Əksər vakansiyalar reklam olunmurlar. İnternet saytlardaki və qəzetlərdəki vakansiya elanlarına nəzər Sizin iş axtarışı prossesinin bir qismi olmalıdır. Sizi maraqlandıran şirkətlərə tərcümeyi-halı göndərərək mütəmadi olaraq həmin şirkətlərə zəng etməlisiniz. Bu halda iş tapmaq şansını artırmış olursuz. İş axtarışı tərcümeyi - halın kütləvi göndərilməsi ilə çərçivələnməməlidir.

Könüllü təcrübə. Ən effektli başlanğıc üsulu təcrübə keçmə (stajirovka) hesab olunur. Bu sizə lazım olan əlaqələrin qurulması, praktiki iş təcrübəsi qazandıra bilər. Təcrübə keçmə zamanı əmək kollektivi ilə tanış olmaqda təşəbbüskar olun ki kənarda qalmayasanız.

CV. Səviyyəli Rezume hazırlamağın qayğısına qalın və sonra onu şirkət və kadr agentliklərinə göndərin. CV-nin hazırlanma qaydası burada daha ətraflı təsvir etməyəcəm, sadəcə qeyd etmək istərdim ki çalışın orada orfoqrafik və qrammatik səhvlərə yol verilməsin, başadüşülməyən ixtisarlar və ya lüzumsus olaraq mürəkkəb, uzun-uzadı cümlələr yer almasın - siz memuar yazmırsınız. Unutmayın ki, Rezume-nin əsas məqsədi sizin şəxsiyyətinizə diqqəti cəlb etmək və bununla müsahibəyə dəvəti almaqdır. Sizin vəzifəsiniz müsbət təsir bağışlamaqdır. // banker.az

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...