Bu gün onların günüdür - Arasında məşhur olanları da var - FOTOLAR
1992-ci ildə Britaniya Solaxaylar Klubu hər il avqustun 13-də Ümumdünya Solaxaylar Günü kimi qeyd olunması təşəbbüsü ilə çıxış edib.
“A24.az”ın məlumatına görə, hazırda dünya əhalisinin 800-900 milyon nəfəri solaxaydır.
Adətən gündəlik həyatda sol əldən istifadə edənləri solaxay adlandırırlar. Əslində isə solaxaylıq və soləllilik anlayışları eyni deyil. Solaxaylıq daha geniş şəkildə özünü bütün cüt orqanlarda göstərir. Solaxay həm də sol solayaqlı, solqulaqlı və solgözlü olur, lakin bunu 5 yaşdan sonra müəyyən etmək mümkündür.
Uşağın solaxay olduğu müəyyən ediləndən sonra onda maraqlı keyfiyyətlər üzə çıxa bilər. Onların geniş fantaziya, hissiyyat, musiqi duyumu və yaxşı yaddaşı olur. Bundan başqa, solaxaylar istənilən məkanda asanlıqla istiqamətlənir, orijinal və obrazlı düşüncələri ilə fərqlənirlər.
Solaxaylıq qüsur yox, beyin quruluşundan asılı olaraq irsən keçən psixi hərəkətdir. Sağ əl beynin sol yarımkürəsi, sol əl isə sağ yarımkürəsi ilə idarə olunur. Alimlərin fikrincə, beynin sağ yarımkürəsi informasiyanı daha tez mənimsəyir və buna görə solaxaylar informasiyanı tez və düzgün qəbul edir, xüsusi istedada malik olurlar. Psixoloqların hesablamalarına görə, solaxaylar arasında istedadlılar 20 faiz, sağvərdişlilərdə 5 faizdir.
Alimlərin fikrincə, solaxayların say çoxluğu cəmiyyətin intellektual səviyyəsini yüksəldir.
Solaxaylar əsasən yaradıcı istedadlarına görə fərqlənirlər. Rəssamlar, aktyorlar və siyasi xadimlər arasında onlar xüsusilə çoxluq təşkil edirlər.
Məşhurlar arasında olan solaxaylara Barak Obama, Mikelancelo, Leonardo da Vinçi, Yuli Sezar, Makedoniyalı İsgəndər, Janna d’Ark, Napoelon Bonapart, Uinston Çorçill, Albert Eynşteyn, Bryus Uillis, fizik Maksvell, Bill Klinton, Corc Buş (oğul), Bill Qeyts, Merlin Monro, Pol Makartni, Robert de Niro, Tom Kruz, Nikol Kidman, Mark Tven, Bethoven, Sergey Raxmaninov və başqalarını misal göstərmək olar.
Maraqlı
- İbrahim Tatlısəs toyunda qızına görün nə hədiyyə etdi
- Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı - Virusun yayılmasının qarşısını alır
- Hansı qan qrupundan olanla evlənsəniz oğlunuz və ya qızınız olar? - MÜTƏXƏSSİS RƏYİ
- Autizmin əsas əlamətləri hansılardır? - AÇIQLAMA
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
- Həkim məsləhəti - Karantin zamanı tez-tez cinsi əlaqədə olun
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 965 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 926 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 917 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 916 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 914 dəfə oxunub