Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Səudiyyə şahzadəsini Türkiyədə tanımadılar - FOTO

Səudiyyə Ərəbistanının ən varlı şahzadəsi, vəliəhd Əl-Vəlid bin Tallal bin-Əbdüləziz əl-Səud əlində təsbeh Türkiyənin Bodrum kurort şəhərinin küçələrində 40 mühafizəçisi ilə birlikdə gəzib, ancaq onu heç kim tanımayıb.

Mynews.az Report-a istinadən xəbər verir ki, onu Türkiyə hökumətinin müşaviri Taha Gənc müşayiət edib.

Şahzadə yay tətilini ailəsi ilə birlikdə Türkiyənin Muğla əyalətinin Bodrum şəhərində keçirir.

Məlumata görə, onlar özləri ilə 300 çamadan və 30 velosiped gətiriblər. Şahzadə Bodrumdakı kafelərdən birini 2 saata yaxın bağlatdıraraq, ailəsi və yaxın dostları ilə birlikdə yemək yeyib, söhbət edib.

Qeyd edək ki, Tallal bin-Əbdüləziz əl-Səud 1955-ci il martın 7-də Ər-Riyadda doğulub. O, indiki kral Salmanın qardaşı oğuldur. Tallal Əbdüləziz əl-Səud beynəlxalq səviyyəli iş adamı kimi daha çox tanınır. Məlumata görə, onun 32 milyard dollarlıq sərvəti var. Şahzadə dünyanın ən zəngin adamları siyahısınıda ilk 20-yə daxildir. 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...