Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Hər qadının kişi dayağına ehtiyacı var” - Samira

“Baxırsan ki, bir müğənnini tənqid edirlər, amma həmin ifaçı bütün günü toylardadır. Olsun, hərənin öz dövranı, ruzisi var. Ola bilər ki, o musiqini bəyənmirəm. Bəyənmədiyim bir müğənninin dinləyicisi də məni xoşlamır. Sabah gəlib mənə deyər ki, sənin də ifan mənə çatmır. Musiqinin pisi yoxdur. Sadəcə hərənin öz zövqü var”. 

Mynews.az-ın məlumatına görə, bu sözləri müğənni Samira Allahverdi “Show time” verilişində deyib. İfaçı bildirib ki, insanların "bayağı" dediyi sənətçilərin çoxlu toyu olur. 

Samira aparıcının “Şou-biznesdə bir çoxları "müğənnini evimə gəlin gətirmərəm" deyir” sözlərinə belə cavab verib:

“Qadın müğənnini evində gəlin kimi qəbul edənlər öncədən bilirlər ki, kimi alırlar. Mən səhnədə mahnılarımı təqdim edirəm, tərbiyə də göz önündədir. Başqa nəsə də deyə bilmərəm. Hər bir qadının yanında güclü kişi olmalıdır. Ola bilər ki, tək qadın çıxıb desin, mən qadınam, güclüyəm, övladımı özüm böyüdürəm. Amma bu yalandır. Hər bir qadının kişi dayağına, çiyninə ehtiyacı var. Xanımın yanında kişisi olmalıdır. Bir sözlə, qadının qoruyanı olmalıdır”. 

Qeyd edək ki, “APA TV”-nin “Show time” verilişi həftənin çərşənbə axşamı saat 15:10-da Yalçın Uğurun təqdimatında yayımlanır.

Axşam.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...