Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Cənnət və Cəhənnəmə düşənlər biri-birlərini görəcəklərmi? - O dünyaya baxış... - FOTOLAR

“O, özü baxıb onu(yoldaşını) Cəhənnəmin ortasında görəcək...”

“Qiyamət günündəki Böyük Məhkəmədən sonra Cənnətə və Cəhənnəmə sakin olanlar biri-birlərini görəcəklərmi?”

Bismilləhir Rəhmanir Rəhim! İnşallah, Axirət dünyasında yaşayacağımız həyatla maraqlananların tez-tez verdikləri suallardan  biri də budur.  Yaradanımız Qurani-Kərimin əs-Saffat surəsinin 51-57-ci ayələrində hər iki məkanın sakinlərinin biri-birini necə görəcəklərindən və dialoqlarından bəhs edir: 

“Onlardan biri belə deyəcək: “Mənim bir yoldaşım var idi. 

O deyirdi: “Sən, doğrudan da, inanmırsan ki, Biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra (dirildilib) sorğu-sual olunacağıq (və əməllərimizə görə cəzalandırılacağıq)?” (Sonra həmin şəxs Cənnətdəki yoldaşlarına) deyəcək: “Siz (indi onun nə halda olduğunu) bilirsinizmi?” (Onlar: “Xeyr”, – deyə cavab verəcəklər).

O, özü baxıb onu (yoldaşını) Cəhənnəmin ortasında görəcək.

Və (ona üz tutub) deyəcəkdir: “Allaha and olsun ki, sən, az qala, məni (yoldan çıxardıb) məhv edəcəkdin!

Əgər Rəbbimin lütfü olmasaydı, mən də (Cəhənnəmə) gətirilənlərdən olardım!”...

Göründüyü kimi, Cənnət və Cəhənnəm sakinləri gerçəkdən biri-birilərini görəcək və hətta söhbət edəcəklər. Ancaq  biri-birilərini görmək Cənnət sakinləri üçün böyük nemət olacaq. Çünki möminlərin qəlbləri onlara qurtuluş verdiyinə görə Uca Allaha şükür və minnətdarlıqla dolacaq. Cəhənnəm sakinləri üçünsə öz qarşılarında Cənnət həyatını bu dünyadakı video-görüntülər timsalında görmək- dözülməz əzab və əziyyət mənbəyi olacaq...

Allah böyükdür və hər şeyin ən doğrusunu O bilər...

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...