Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yəhudilərin gizli türk agenti xərçəngin müalicəsini açıqladı - “Necə sevişirsinizsə...” -MÜSAHİBƏ - VİDEO

Azra Koheni Azərbaycanda çoxları açıq-saçıq səhnələri ilə bütün rekordları qıran “Fi” serialı nümayiş olunduqdan sonra tanımağa başladı.

Publika.az xəbər verir ki, adıçəkilən serial türkiyəli psixoloq Azranın “Fi”, “Çi”, “Pi” kitabları əsasında çəkilir. Əsərlərini Akhilah ləqəbi ilə yazan məşhur psixoloq “Fi” kəlməsini alov, ehtiras, gözəllik anlamında istifadə olunduğunu bildirib. İkinci roman "Çi” buzlu su, həyat enerjisi, sonuncu kitabı “Pi”-nin isə torpaqda cücərən bitki anlamında olduğunu deyib.

İsrailin gizli agenti olduğu deyilən psixoloqun Türkiyə mətbuatına verdiyi müsahibəsini təqdim edirik.

"Elə tənbəlik ki, ancaq aşiq olanda özümüzü inkişaf etdiririk”

- Nə üçün Akhilah ləqəbini istifadə edirsiniz?

- Çünki məndən deyil, kitablarımdan bəhs edilməsini istəyirəm. Akhilah həyat yoldaşımla sevdiyimiz addır, qızımız olsaydı, ona bu adı verəcəkdik. Mistik ahəngi var. Ərəbcə də daxil olmaqla bir çox dildə istifadə edilir. Və bir çox cəhətdən müəmmalıdır. Qadın, kişi, türk, yoxsa xarici olması məlum deyil.

- Romanlarınızda seksual səhnələr çoxdur. Çox satılmasının səbəbi budur?

- Çox dediyiniz seksual səhnələr cəmi 8 yerdə təsvir edilib. Onları da kitablarımın çox satılması üçün yox, obrazlarımın həyatında cinsəlliyin əhəmiyyətli yeri olduğunu üçün yazdım. Sizə bir sirr verim, insan necə sevişirsə, əslində odur. Məsələn, insanın xarakterini geyimlərinə və istifadə etdiyi aksessuarlara görə müəyyən etmək mümkündür. Bunu onun sevişməyindən də təyin etmək olur. Hətta sevişdiyiniz şəxssiniz. Əvvəlcə bunu anlamalıyıq. Hamımız sosial həyatda başqa, yataq otağında başqa oluruq. Yəni özümüzdən utanmamağa başlasaq, onda hər yerdə əmin-amanlığı da tapacağıq.

- Özümüzdən utanmaq bizə necə təsir edir?

- Bizi ikiüzlü insanlara çevirir, şəxsiyyətsiz edir.

- Bəs sevgi münasibətlərində?

- Sevgi təkamüldə ən güclü vasitədir. Bu duyğu insanın təkamülünə xidmət edən əvəzolunmaz məfhumdur. Biz elə primitiv və tənbəl varlıqlar ki, çox vaxt ancaq aşiq olanda inkişaf etməyə çalışırıq. Eşq möhtəşəm motivasiyaedici qüvvədir. Burada təbii marağı əhliləşdirmək arzusu baş qaldırır. Təəssüf ki, insanların çoxu içi boş manekendir. Yanındakının ayaqqabısına, qalstukuna və digər detallarına o qədər fikir verirlər ki, həmin şəxsin içinin boş olduğunu görə bilmir və beləcə aradan illər keçir. Maraqlarını əhliləşdirməlisən ki, kiminlə həmsöhbət olduğunu görə biləsən, maraqlarını əhliləşdirməlisən ki, onunla ünsiyyətə keçə biləsən. Özünlə danışdığın andan etibarən onsuz da içəridə əcaib bir mənbə kəşf edirsən.

"Var olmaq üçün dünyanı yox edirik, amma onunla birlikdə biz də ölürük"

- Bəs kitablarınız niyə bu qədər çox oxundu?

- Güman edirəm ki, insanlar ötürmək istədiyim şeyi anladılar. Beynimi oyadan məsələləri dilə gətirməsəm, ya dəli olacaqdım, ya da üsyana çevirərdim. Mən də oturub yazmağı seçdim. Sanki transa düşmüşdüm. İçimdə o qədər çox demək istədiyim söz yığılmışdı ki... Özümü yazıçı adlandırmıram, bunu başdan deyim. Yekun hədəfim yazmağa davam etmək deyil.

- O halda yekun hədəfiniz nədir?

- Ciddi ekoloji sistem yaratmaq, daha doğrusu, günəş və külək enerjiləri ilə çalışan böyük ferma qurmaq arzusundayam. Tətbiq olunan xərcləri araşdırırıq, işlərin problemsiz getdiyini görsək, aldığımız nəticələri başqaları ilə bölüşəcəyik. Bu romanları orada tətbiq etməyə çalışdığımız predmetləri hər kəsin anlaması üçün yazdım. Bir növ insanların informasiya yüklənməsinə hazırlamaq üçün. Diqqət etmisinizsə, kitabda tez-tez internet ünvanları, linklər verirəm. Sənədli filmlər, araşdırma kitabları və başqa məlumatlar da daxil etmişəm. İstəyirəm ki, insanlar heç olmasa mənim kitabım vasitəmlə hər hansı bir məsələdə daha çox və ətraflı məlumat alsınlar. Birincisi insanları yanlış yönləndirməkdən çəkinirəm, ikincisi məlumatın mənbəyi olmaq istəmirəm.

“Quru məlumat təqdim etmirəm”

- Maarifləndirici kitablar satış rekordları qırmır...

- Amma mən quru məlumat təqdim etmirəm. Bunun üçün çox çalışmışam, o kitablarda bütün təcrübəm əks olunub. İlk kitabda daha az informasiyalara yer vermişəm, çünki oxucuları qaçırmaq istəmədim, amma oxusanız, görəcəksiniz ki, sonrakılarda məlumat axını da mühakimə etmə dərəcəsi də sürətlə artır. Neyropsixologiya üzrə təhsil almışam. Beynin öyrənmə mexanizmi və bunun hansı şəraitdə daha yaxşı işlədiyini araşdırmaq əsas peşəmdir. Roman adi eşq hekayəsindən bəhs etmir, bu hekayələrdə məlumatı insanların ən doğru və sürətli anlayacağı tərzdə ifadə etdim. Həm öyrənirsiniz, həm oxumağa davam edirsiniz.

- O informasiyalar haqqında danışa bilərsiniz?

- İnsanların həm özünə, həm balasına, dünyaya zərər verən canlıya, hətta bir növ parazitə necə çevrildiyini göstərirəm. Parazit əvvəl yerləşdiyi orqanizmdən qidalanır, orqanizm tamamilə tükənəndə də sistem çökür. Eynilə bizim dünyanı tükətdiyimiz kimi. Var olmaq üçün dünyanı yox edirik, amma onunla birlikdə biz də ölürük.

- Başqa məqamlar da var.

- Üzdə olanlar budur, ancaq bundan başqaları da var. Kainat adlanan möhtəşəm mexanizm içində insanlar xərçəng kütləsini xatırladan öz kiçik sistemini yaradıb.

- Xərçəng kütləsi dedikdə nəyi nəzərdə tutursunuz?

- Bədəndə sistemdən müstəqil şəkildə hərəkət edən, sağlam hüceyrələrin oksigenini işlədərək var olmağa çalışan və beləliklə bütün sistemi məhv etməyə nail olan ümumi hüceyrəni. Əgər təmiz enerjiyə keçsək, sərf etdiyimizi istehsal etməyə başlasaq, işlər qaydasına düşər. Hədəfim budur.

- “Fi”də "Bir bakteriya növü törəyib çoxalması ilə bədəni xəstələndirməyə gücü çatmaz, o bakteriyalar öz aralarında ünsiyyətə keçməlidir" deyə fikir bildirmisiniz. Bunu daha aydın açıqlayardınız.

- Bəli, bakteriyalar öz aralarında ünsiyyətə keçdikdən sonra aktiv olur və birlikdə hərəkət etməyə başlayırlar. Birlikdə hərəkət etdikləri üçün də birlikdə də çoxalmağa başlayırlar. Xərçəng də belədir. Hamımızın orqanizmi xərçəng hüceyrəsi istehsal edir, amma hamımız xəstə olmuruq. Orqanizmdə kifayət miqdarda melatonin ifraz edilərsə, xərçəng hüceyrəsini asanlıqla dəf edər. Amma o da səbəbsiz deyil, orqanizmimizin kifayət miqdarda melatonin ifraz etməsi üçün doğru və balanslı qidalanmaq lazımdır. Bədəndə xərçəng hüceyrənin aktiv olması ilə bəşəriyyətin dünyanı sürətlə məhv olmağa sürükləməsi arasındakı oxşarlıq qəribədir. Mikrodan makroya... Həmçinin bunlar sadəcə biologiya mövzusu deyil, hər bir insan başqa biliklərə yiyələnməlidir, məsələn, astrologiyanı da bilmək lazımdır.

“Bu zaman bədəndəki melotonin ən yüksək səviyyəyə çıxır, beləliklə mutasiyaya uğramış, yəni xərçəng hüceyrələri bu vaxt daha asan yox edilə bilir”

- Nə üçün?

- Ay bədrlənməsi zamanı bədəndəki melotonin ən yüksək səviyyəyə çıxır, beləliklə mutasiyaya uğramış, yəni xərçəng hüceyrələri bu vaxt daha asan yox edilə bilir.

Ayın hərəkətləri həm dünyadakı bütün su mənbələrinə, həm də bədəndəki hormonlara təsir edir. Göy üzündəki bir cismin səndə bioloji əksi var, yəni kainatda hər şey bir-birinə bağlıdır. Amma biz hələ bu əlaqəni hesablamayacaq qədər primitivik.

On min illər əvvəl mövcud olmuş sivilizasiyaya "qədim" deyirik, amma yanılırıq. Qədim Misirlilərin piramidaların daşlarını kürəklərində daşıyaraq düzəltdiklərini güman edirik, amma elmi cəhətdən bu, mümkün deyil. Biz bu barədə sonsuza qədər mübahisə edə bilsək də, hələ ki, bütün məlumatlara sahib deyilik. Amma mən bunların keçmişdə insanlara məlum olduğunu düşünürəm.

"Heç bir müharibə savaşaraq qazanılmaz!"

- Bu məsələlərdən başqa nə ilə məşğul olursunuz?

- Tai Chi edirəm. Bu, məşğuliyyət növü həm bədəndəki oksigen dövranını artırdığı üçün şəfalıdır, həm də məni sakitləşdirir. İdman salonlarına gedən insan deyiləm. Tay Chinin fəlsəfəsi diqqətimi daha çox çəkir.

- Nələrdən zövq alırsınız?

- Çox şeydən, robot deyiləm. Amma atomlarımın elektronsuz qalmasına yol açan məşğuliyyətlərdən kef almıram, yəni sırf özümü deyil, bədənimdəki bütün hüceyrələri də düşünürəm. Siqaret çəkmirəm. Sizə çox qatı görünə bilər, amma həqiqətən atomlara zərər verəcəyini bildiyim hər hansı əyləncədən, məşğuliyyətdən zövq almağım mümkün deyil. Kürk də geyinmirəm. Bir canlını öldürdükdən sonra dərisini üzüb üzərimizə keçirməyə ehtiyacımız olmadığını bilirəm. Amma kürk geyinənlərə hücum etmək əvəzinə, etdiklərinin nə qədər dəhşətli nəticələri ola biləcəyini onlara çatdırmağa çalışıram. Heç bir müharibə savaşla qazanılmır, bunu kəşf etdim.

- Necə qazanılır?

- Müharibə elan etdiyin adam kim olmasından asılı olmayaraq, pislik planetindən dünyaya pislik yaymaq üçün çıxmış məxluq deyil. Onunla müharibədən sağ çıxmaq üçün inkişafına, təkamülünə kömək etməyə məcbursunuz. Bunun üçün də əvvəlcə onu dərk etməlisən. İnsan dərk edərsə, düşmənçilik güdməz və ancaq anladığı halda dəyişə bilər. Qəhrəmanlarıma amansız rəftar etdiyimi deyənlər çox oldu. Halbuki yazarkən yalnız həyatı təqlid edirəm. Amansız olan əslində obrazların özləridir, çünki biz insanlar beləyik. Özümüzə etdiyimiz xəyanəti təsəvvür edin. Başqası bizi bəyənirsə, gözəlik, başqası bizi ağıllı hesab edirisə, ağıllıyıq, başqası bizə "qəşəng geyinmisən" deyirsə, deməli dəbdən anlayırıq.

"Marağını əhliləşdir seminarları verə bilərəm"

- Yazarkən bir hədəfiniz olduğunu dediniz, o hədəfə nail olmadığınızı necə başa düşürsünüz?

- Kitablarımın çox satılmasına, çox oxunmasına sevinmirəm də. Bu, sadəcə bir pillədir. Qarşımda 300 min pillə var, pilləkənləri çıxmağa hələ heç başlamamışam. Amma onu bilirəm ki, getmək istədiyim yerə tək getmirəm, çünki oraya yalnız çıxmaq mümkün deyil. Birlikdə çıxmaq məcburiyyətindəyik. Dəyişiklik mərkəzdən olmaz. Dünyanın bir çox yerində ayrı-ayrı mərkəzlər var. Amerikada günəş enerjisi istifadə edilməyə başladı, Kanada və Yaponiyada təmiz enerjiyə keçilməsi məsələsi də ciddi müzakirə olunur. Məsələn, indi biz burada ekoloji baxımdan özünə yetərli sistem qurmaq barədə danışırıq. Bizim təsərrüfatda arı da olacaq, balıq da. Balığın ifrazatından torpağa gübrə edəcəyəm, torpağı suvararkən mexanizmdən balığın yararlanmasını təmin edəcəyəm, beləcə qapalı dövr edən bir sistem olacaq.

- Sonra?

- Dağların arasında kimsənin çatmayacağı möhtəşəm sistemdə yaxşı yaşaya biləcəyik? Müharibədən qaçan suriyalılara nə olacaq? Maşınla yanlarından keçərkən, "Aman, bunlardan da xilas olmadıq" deyəcəyik? Bunu edənlərin dəfələrlə şahid olmuşam. Bəs onlar silahlanıb dağdakı fermamızı talayanda özümüzü məsum görməyə davam edə bilərikmi? Kainatda bir tarazlıq var və bu tarazlıq informasiyanın vahid mərkəzdə toplandığı hər sistemin dağılmasını tələb edir. Əlindəki hər cür məlumatı yaymaq, yoluxdurmaq lazımdır. Bunu etmədikdə kainat səni cəzalandırır. Bütün qədim sivilizasiyalar məlumatı gizli saxlamağa çalışdığı andan etibarən dağılmağa başladı. Bir sivilizasiya irəli gedərkən digərinə mane olmaq üçün manipulyasiyaya başladısa, gec-tez çökər, kainatın qanunu belədir. Digər tərəfdən mənim əqidəmə görə, hamımız birik. Yəni yolda "Aman, bu suriyalı dilənçilərdən xilas olmamışıq" deyən də. Hətta o Suriyalı uşaq da mənəm.

- Kitabda bəhs etdiyiniz öz yaratdığınız ölkədir, yoxsa reallıqda olan bir yerdir?

- Öz ölkəmizdən ruhlanıram, ölkəmizi sevirəm. Türkün hansı dildə danışdığının heç bir əhəmiyyəti yoxdur, rəngarəng, sevdiyim bir şüar var: “Müxtəlifliyi təbrik etmək!"

- Sizcə, dünyada yaşayan insanların nöqsanları nələrdir?

- Kainat saatına baxanda Dünyanın yaşı bütün bəşəriyyət də daxil olmaqla yalnız on bir saniyədir. Hələki çox cavanıq, özümüzü heç bir yerdə görmürəm, özümüzü qarınqulu tırtıllar kimi görürəm, hələ biz baramaya girəcəyik və kəpənəyə dönəcəyik İnşallah. Yəni qarşıda uzun səfərimiz var. Qədimdə ibtidai insanlar yemək vaxtı gələndə min hektar meşəni yandırarmışlar. Sonra az yanmış heyvanları yeyirmişlər, yəni axşam, günorta yeməyi üçün daim meşələr yandırılıb. Biz oralardan buralara gəlmişik, indi bəlkə də yaradan bu planeti məhv edib-etməyən orqanizmlər olduğumuzu yoxlamaq üçün bizi buraya göndərib. Həyata layiq olduğumuza inanıram, amma hazırda daha bu səviyyəyə gəlməmişik. Biz sadəcə on bir saniyədir buradayıq.

- Bu qədər çox məlumatı necə əldə edirsiniz?

- Maraqlanıram. Maraq hissi yeni nələrisə kəşf etməyin, öyrənməyin və həyatda sağ qalmağımızın ən mühüm səbəbidir. Eyni zamanda maraq vəhşi at kimi şahə qalxır, sağa sola hücum edir, üstünə minmək üçün onunla müqavilə bağlamalısınız. Mən o “atdan” bəlkə 28 min dəfə yıxılmışam, amma sonda bu vəhşi atı əhliləşdirə bildim. Marağını əhliləşdirməlisən ki, özünə qarşı məhəbbət oyada biləsən. 10 ilmi aldı, amma artıq məni xoşbəxt etməyən işlərlə məşğul olmuram. Bu barədə peşəkaram. Qapı-qapı gəzib insanlara "marağını əhliləşdir" seminarları da verə bilərəm. Marağını inkişaf etdirmək bir növ özünü dinləməyi öyrənmək, özünlə ünsiyyəti inkişaf etdirməkdir.

- Xəyalınızda necə bir dünya qurmusunuz?

- İstehlak etdiyini istehsal edən insanların yaşadığı bir dünya. Ən əvvələ qayıtsaq, parazit olduğunu hiss etdinsə, bunun qarşısını ala bilmək şansın var. Hər şey özünü dərk etməklə başlayır. Xəyalımdakı ferma layihəsi yaradarkən hər hərəkətimi sənədləşdirəcəyəm, yəni videosunu çəkəcəyəm. Texnologiyanı təqlid etmək vacibdir.

- Nəyi nəzərdə tutursunuz?

- Videolara baxaraq elektrik enerjisindən xilas olmağın, günəş enerjisiylə elektrik istehsal etməyin və s. bu kimi işlərin yolların öyrənəcəksən. Kitabda ətraflı olaraq izah edirəm. Məsələn, Amerikada dörd il əvvəl əkinçilikdə inqilab oldu. Əvvəllər traktoru təmir etdirmək astronomik dərəcədə bahalıydı. 30 min dollara aldığın traktoru 10 min dollara təmir etdirmək məcburiyyətində qalırdın. Bir nəfər gecə-günzdüz çalışıb özü traktor istehsal etdi, sonra da onun bütün hissələrinin şəkillərini internetə PDF formatında yüklədi. Hətta bütün o hissələrin necə təmir etmək lazım olduğunun video materiallarını çəkib internetə qoydu. Və bu yeni sistemlə artıq 4 min dollara traktor istehsal etmək olar. Möhtəşəm deyilmi? Bax, mən o adamı nümunə götürürəm. Odur ki, fermamı qurarkən aldığım hər bir məlumatı, yaşadığım hər təcrübəmi insanlarla paylaşacağam, lazım gələrsə, onları da işə dəvət edəcəyəm. Başqalarının problemlərinin həllinə yardım etmək vacibdir, çünki mən o problemi heç yaşamaya bilərəm, amma bu, gələcəkdə də o problemlə üzləşməyəcəyəm demək deyil. Hamımız birlikdə öyrənəcəyik.

- Sizə nə ilham verdi?

- Ağrı. Öz ağrılarım, məni narahat edən suallarım. Amma insan əzab çəkmədən də öyrənə bilər, ətrafındakı insanların acısına diqqət etməyə başlayırsan.

- Buna necə nail oldunuz?

- Düşünərək. Təhlil edərək. Səy göstərərək. Vaxtımı oğurlayan heç bir şeylə məşğul olmuram. Marağımı nəzarət altında saxlayıram.

“Siz gizli İsrail agentisiniz”

- Kitabda tez-tez önyarğı məsələlərinə toxunursunuz.

- Kitabım "Önyarğı ideyanın ən böyük xəstəliyidir" - deyə başlayır. Məsələn, mənim soyadım Kohendir, ərimin familiyası Kohen olduğu üçün Kohen soyadını almışam, mənim qızlıq soyadım Sarızeybekdir. Lakin oxucular tez-tez “Siz gizli İsrail agentisiniz” , - deyə suallar verir.

Biz paranoya xəstələriyik, paranoik durumunun müəyyən dozası sağlam hesab olunur. O həyatda qalmağı asanlaşdırır, hadisələrə hazırlıqlı olmağımızı təmin edir. Məsələn, mən indi paranoyaya qapılıb görəsən, qolumdakı saatda məni izləyən kamera var deyə düşəncələrə dala bilərəm. Amma mən onda həqiqətən kamera olub-olmadığını araşdırmaq, məlumat toplayıb analiz etmək əvəzinə durub “Bəli, bu saatda kamera var” desəm o zaman şizofren sayılaram. Odur ki, önyarğılı olmaq lazım deyil, əgər bir məsələdə marağımız varsa, narahatçılığımız varsa, sonuna qədər araşdırmalıyıq. Başqasının verdiyi qərarla hərəkət etməyəcəyik, özümüz araşdıracağıq.

Fərdlərdən ibarət olmayan cəmiyyət heç vaxt cəmiyyət ola bilməz, mümkün deyil, çünki hər birimizin çox yaxşı bacardığı bir iş var, bu məsələdə aktiv olsaq, çox gözəl cəmiyyət qararıq.

- Qısa bir cümlə ilə oxuculara nə mesaj verərdiniz?

- Cənnət gedəcəyimiz hər hansı yer deyil, Cənnət ancaq Cənnəti yarada bildiyimiz halda yaşamağa başlayacağımız yerdir. “Cənnətə qəbul edilmək” Cənnəti yaratmaq deməkdir. Cənnəti yarada bildiyin halda oraya qəbul edilirsən. İnanıram ki, Cənnəti yaratmayana qədər biz oraya gedə bilməyəcəyik. Cənnəti yaradana qədər buradayıq, yəni Cəhənnəmdə.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...