Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Homoseksualizmdən nə cür xilas olmaq olar?

Bu elə bir məsələdir ki, əzm və qətiyyət tələb edir. İnsan nə qədər çətin olursa olsun, hər hansı bir işi görmək və ya görməmək barədə qəti qərara gəlirsə, ona nail olur. Allah Təala zəhmət çəkib çalışan və dözümlülük göstərən insana onun müvəffəqiyyət qazanacağına dair təminat verir. Allah bu cür insanın nəticə əldə edəcəyinə bir növ "zamin durur":

"İstər kişi olsun, istərsə qadın, kim mömin olaraq saleh əməllərlə (yaxşı işlər) məşğul olsa, Biz əlbəttə ki, ona gözəl bir ömür sürdürəcək və o şəxsləri gördükləri ən gözəl işləri əsas tutaraq mükafatlandıracağıq" (Nəhl, 19/97).

"İnsanın öz əməyindən başqası özünün deyil. Onun əməyinə baxılacaq, sonra əvəzi tamamilə veriləcək" (Nəcm, 53/39-41).

Mynews.az muselmanlar.com-a istinadən bildirir ki, əgər siz də oxşar hislər keçirirsinizsə, deməli, həmin suala verilən cavab sizin üçün də qüvvədədir. Əsas odur ki, həmin işdən uzaq durmağa çalışasınız. Allaha dua edib kömək diləyin. Özünüz də şahid olacaqsınız ki, buna müvəffəq olmusunuz.

Bir də oradakı yazılara əlavə olaraq qeyd edək ki, bu sahənin mütəxəssisləri olan həkimlərlə də görüşüb dəstək almaq lazımdır. Kütləvi informasiya vasitələrində və xalq arasında: "Allah belə yaradıb, bunun müalicəsi yoxdur", - deyilsə də, bu, düzgün fikir deyil. Çünki əgər Allah bir dərd veribsə, mütləq onun dərmanını da verib.

Peyğəmbərimizdən (s. a. v.) belə bir hədis nəql edilir:

Üsamə ibn Şərikdən (r. a.) edilən rəvayətə əsasən belə demişdir: "Bədəvilər: "Ey Allahın elçisi, əgər xəstələnsək, müalicə olunaqmı?", - deyə soruşdular. Peyğəmbər buyurdu: "Bəli, müalicə olunun. Ey Allahın bəndələri, müalicə olunun. Çünki Allah yaratdığı hər bir xəstəlik üçün mütləq bir şəfa (dərman) yaradıb. Amma bir xəstəlik istisna təşkil edir". Bunun üstündən peyğəmbərdən (s. a. v.) soruşdular ki, bəs o xəstəlik hansı xəstəlikdir? O isə bunun qocalıq olduğunu dedi.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...