Bu kənddə qadınlar saçını kəsmir - FOTOLAR
Çində yerləşən Huangluo kəndinin qadınları üçün saç ən vacib aksesuardır.
“Qafqazinfo” xəbər verir ki, onlar saçın uzun ömür və var-dövlət gətirdiyinə inanırlar.Kənddə yaşayan qadınların saçının uzunluğu ortalama 1.70 metrdir. Hətta saçının uzunluğu 5 metrdən çox olanlar da var.
Kənd qadınları ömründə cəmi bir dəfə-16 yaşında saçını kəsdirir. Bundan sonra isə onlar evlənmək üçün hazır hesab edilirlər.
Saçın yığılmasından asılı olaraq həmin qadının evli, ya subay olduğunu bilmək olar.
Belə ki, əgər saç başa sarılmış şəkildə yığılıbsa, həmin qadın evlidir, ancaq uşağı yoxdur. Yox əgər alnının üstündə kiçik bir topuz varsa, bu zaman qadın həm evli, həm də uşaq sahibidir.
Başında yaylıq olanlar isə subaydır və sevgili axtarır.
Kənd qadınlarının saçları uzun olduğu qədər, həm də baxımlıdır. Belə ki, onlar saçlarının gözəllik sirrini düyü suyunda görürlər.
Maraqlı
- İbrahim Tatlısəs toyunda qızına görün nə hədiyyə etdi
- Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı - Virusun yayılmasının qarşısını alır
- Hansı qan qrupundan olanla evlənsəniz oğlunuz və ya qızınız olar? - MÜTƏXƏSSİS RƏYİ
- Autizmin əsas əlamətləri hansılardır? - AÇIQLAMA
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
- Həkim məsləhəti - Karantin zamanı tez-tez cinsi əlaqədə olun
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 987 dəfə oxunub
- Emin Ağalarov söz verdi 987 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 985 dəfə oxunub