Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ərəblər Marsda kiçik şəhər tikməyə hazırlaşırlar

Birləşmiş Ərəb Əmirliyi yeni tikinti layihəsi barədə məlumat verib.

"Ölkə.Az" xəbər verir ki, BƏƏ 2117-ci ildə Marsda ilk mini-şəhərin tikinti layihəsini elan edib. Şəhərin maketi Ümumdünya hökumət samitində təqdim edilib.

BƏƏ hökuməti Qırmızı planetdə mini-şəhərin tikintisini aparıcı beynəlxalq təşkilatlar və elmi-tədqiqa institutları ilə müştərək olaraq inşa edəcəklər.

Layihə barədə BƏƏ-nin baş naziri və Dubay əmirliyinin valisi Məhəmməd bin Rəşid Əl Məktum, vəliəhd Əbu-Dabi şahzadəsi, BƏƏ silahlı qüvvələrinin ali baş komandanının müavini Məhəmməd bin Zaid Əl Nhayyan məlumat verib.

Birləşmiş Ərəb Əmirliklərinin milli yüzillik proqramına əmirliyin elmi kadrlarının yetişdirilməsi də daxildir. Bu kadrlar Marsa insanların və ərzaq məhsullarının daşınmasını təmin edəcəklər. Layihədə Marsda ehtiyac duyulacaq nəqliyyat vasitələri, energetika və qida məhsullarına da yer ayrılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...