Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu səhnə necə çəkilib? - bilmədiyiniz faktlar - FOTOLAR

Bu il məşhur “Titanik” filminin çəkilməsindən 20 il ötür.
 
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ekran işinin qəhrəmanları Leonardo DiKaprio və Keyt Uinslet, eləcə də rejissor Ceyms Kameron maraqlı açıqlamalar veriblər.
Onlar filmin ən həyəcanlı səhnəsi haqda danışıblar.

Söhbət Cekin (Leonardo DiKaprio) Rouzu (Keyt Uinslet) çılpaq çəkən səhnəsindən gedir.

Ceyms bildirib ki, Leonun o zaman 22, Keytin isə 21 yaşı olub və onlar bir-birilərini daha öncə tanımayıblar. Ona görə rəsm səhnəsi “Titanik”də çəkilən ilk səhnə olub. 

Rejissor fikirləşib ki, bu kadrlar sonradan çəkilsə, istədiyi effekti ala bilməyəcək. Çünki o, iki gəncin həyəcan və utanc hissini tamaşaçılara çatdırmaq istəyib. Kameron düşünüb ki, bu səhnəni sona saxlasa, DiKaprio və Uinslet o vaxtadək bir-birinə öyrəşəcək və istənilən nəticə alınmayacaq.

Rəsm səhnəsi haqqında danışan aktyor vurğulayıb ki, tərəf müqabili çox güclü aktrisa olub. O, həmin səhnədə özünü itirsə də, amma Keyt özünü sərbəst aparıb:

“Ssenariyə görə, mən Rouza deməli idim: "Uzan divana". Amma o qədər həyəcanlı idim ki, belə dedim: “Uzan çarpayıya…Yox, divana”.

Kadr haqda münasibət bildirən aktrisa isə bunları deyib:

"Hər kəsin, xüsusən Leonun qarşısında çılpaq olduğum üçün utanacağımı bilirdim. Ona gör ilk öncə Cekə sinəmi göstərdim. Daha sonra həyəcanımı ört-basdır eləməyə çalışdım".

Qeyd edək ki, filmdə həmin rəsmi Kameron özü çəkib. Rəsm 2014-cü ildə hərracda 16 min dolara satılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...