Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dünyanın ilk uçan avtomobili satışa çıxarıldı - VİDEO

Hollandiyanın “PAL-V” şirkəti dünyada ilk dəfə “PAL-V Liberty” uçan avtomobillərini satışa çıxarıb.

Mynews.az AzNews-a istinadən xəbər verir ki, bu avtomobili əldə etmək üçün öncədən sifariş etmək lazımdır. İlk uça bilən avtomobillər hələ 2018-ci ildə istehsal ediləcək.

“PAL-V Liberty” - avtomobil transformerdir. Yollarda adi avtomobil kimi hərəkət edir. Lazım olduqda isə formasını dəyişərək uça bilir. Yeganə mənfi cəhəti uça bilməsi üçün 180 metr düz yolda sürət yığmasıdır. Bu səbəbdən tıxacda və adi şosedə yüksəlmək mümkün deyil.

Uçan avtomobilin ən sadə modelinin qiyməti isə 400 min dollardır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...