Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Bəy tərifi", "şabaş" və səhər saatlarından başlayan məclis - Azərbaycanlı teleaparıcı özünə kənddə toy çaldırdı - VİDEO

Mynews.az xəbər verir ki, dünən ARB telekanalının "Evgördü" verilişinin aparıcısı Şaiq Ağayev özünə yaşadığı Xaçmaz rayon, Mürşüdoba kəndində toy çaldırıb.

Məclisdə olan əməkdaşımızın bildirdiyinə görə toy səhər saatlarından başlayıb. Qədim adət-ənənələrlə zəngin olan toya incəsənət adamlarının iştirakı xüsusi rəng qatıb. Məclisin aparıcılığını isə ARB Şimal kanalının aparıcısı Əvəz Qubatov edib. Toyun maraqlı məqamlarından biri də unudulmaqda olan "bəy tərifi"nin deyilməsi olub.

Qeyd edək ki, teleaparıcı xanım həmkarı, "ARB Günəş" telekanalının əməkdaşı Nuranə adlı xanımla evlənib. Onlar bir müddət əvvəl "Buralar" adlı verilişin aparıcılığını birlikdə ediblər.

Toydan foto və videoları təqdim edirik.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...