Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ölülərin fotoşəkillərini evdə saxlamayın, yoxsa...

Doğmalarımızın ölümündən sonra yeganə təsəllimiz onlardan xatirə qalan fotoşəkillər olur. Bu şəkillər az da olsa qəlbimizi ovudur, bir anlıq həmin anları geri qaytarır.

Lakin ezoterika elmi ölülərin fotoşəkillərinə qarşı daha ehtiyatlı və həssas davranmağı tövsiyə edir. Bu elmə görə qaydalara əməl olunmazsa, ölülərin enerjisi bizə mənfi təsir edə bilər.

Çünki dünyadan köçənlərin fotoşəkilləri istənilən halda ölülərin dünyasına aiddir. İnsan dünyasını dəyişsə də, şəkilləri vasitəsilə bu dünya ilə əlaqəsi qalır. Odur ki, bu şəkilləri saxlamağın xüsusi qaydaları var.

Milli.Az həmin qaydalardan bəhs edən yazını təqdim edir.

Heç bir halda ölülərin fotoşəkillərini evin divarlarından asmayın. Həmin fotolara uzun müddət baxmaq da doğru deyil. Çünki bu zaman bütün enerjiniz zəifləyir. Bu isə insana emosional və fiziki zərər yetirir.

Ən dəhşətli enerjiyə malik fotolar isə dəfn mərasimi zamanı çəkilənlərdir. Bəzi yerlərdə belə qəribə adət mövcuddur. Məhz bu tip şəkilllər insana hər dəfə baş vermiş faciəni xatırladır. Odur ki, evinizdə belə fotolar varsa, mütləq cırıb atın.
Ölülərin fotoşəkillərini seçib qara qutunun içərisində ayrıca saxlayın. Əgər şəkildə dünyasını dəyişənlərlə birgə sağ insanlar varsa, qayçı ilə kəsib ayırmaq lazımdır. Bu yolla neqativ enerjidən qurtulmuş olursunuz.
Ölülərin fotoşəkillərinə bir neçə saniyəni keçməmək şərtilə nadir hallarda baxmaq tövsiyə olunur.

Həmçinin qeyd olunur ki, bu tip fotolara yalnız dünyadan köçmüş doğmalarımızın anım günlərində baxa bilərik.

Psixoloqlar isə bu mövzuda fərqli düşünürlər. Onların fikirinə görə, ölülərin şəkillərini divardan asmağa ona görə qorxuruq ki, bu fotolar bizə öz ölümümüzü xatırladır. Ən əsası isə dünyasını dəyişən şəxsin sizə qarşı etdiyi səhvləri qəlbinizdə bağışlayın ki, onun şəkilləri sizdə mənfi yox, xoş xatirələr oyatsın.

Unutmayaq ki, hər bir fotoşəkilin xüsusi enerji qüvvəsi mövcuddur. Onu zərərimizə yönəltməkdən çəkinməliyik. (publika.az)
 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...