Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Uşaqla birlikdə "böyüyən" paltar yaradıldı - VİDEO

Britaniyalı dizayner Rayan Yasin uşaqlar üçün onlarla birlikdə "böyüyən" paltar icad edib. 

Mynews.az lent.az-a istinadən xəbər verir ki, dizayner xüsusi növ parça hazırlayıb.

Parçanı uşağın ölçülərinə uyğun olaraq eninə, yaxud uzununa dartmaq olur. Sukeçirməz parça yüksək dözümlülüyü ilə seçilir, paltaryuyan maşında yuyula və təkrar emal oluna bilər.

Yeni materialdan olan paltarlar 3 aylıq-3 yaşlı uşaqlar üçün hesablanıb. İnnovativ materialı hazırlayarkən Yasin kollecdə öyrəndiyi aeronavtik mühəndisliyin prinsiplərindən istifadə edib. Onun fikrincə, yeni kəşf valideynlərə pullarına qənaət etmək və ətraf mühiti az çirkləndirmək imkanı verəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...