Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan toylarında yeni ənənə formalaşır

Son vaxtlar toylarda yeni ənənə formalaşmağa başlayır.

Mynews.az Xəzərxəbər-ə istinadən məlumatına görə, söhbət son günlər sosial şəbəkələrdə yayılan və əksər izləyicilər tərəfindən rəğbətlə qarşılanan Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan toylardan gedir.

Şadlıq evlərindən birinin inzibatçısı bildirib ki, ümumiyyətlə son bir neçə ayda bu kimi sifarişlərin sayı artıb. Lakin sadəcə Azərbaycanın Dövlət himni sifariş edilmir. Eyni zamanda artıq toylara 3 rəngli dövlət bayrağımız da gətirilir.

Paytaxt sakinləri isə düşünürlər ki, bütün toylarda bu addım atılmalıdır. Ta o vaxta qədər ki, bu, bir toy ənənəsinə çevrilsin.

Nəzərə alsaq ki, artıq toylarımızda nəinki əcnəbi qonaqlar, hətta başqa ölkələrdən dəvət olunan müğənnilər də iştirak edir, o zaman şadlıq mərasimlərimizdə Dövlət himninin səsləndirilməsi və bayrağımızın dalğalandırılmasını həm də təbliğat hesab etmək olar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...