Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Günəş sistemində 2 yeni göy cismi aşkarlandı

Almaniyanın Plank İnstitutunun alimləri Habbl Kosmik Teleskopu vasitəsilə Günəş sistemində Mars və Yupiter arasındakı asteroid qurşağında daha öncə rast gəlinməmiş və bir-birinin orbitində fırlanan iki göy cismi aşkarlayıblar. 

Mynews.az-ın AMEA-nın saytına istinadən məlumatına görə, kometaların xüsusiyyətlərini daşıyan iki eyniölüçülü və çəkili asteroid təxminən 100 kilometr məsafədə bir-birilərinin orbitlərində fırlanırlar. Asteroid cütlüyünə “288P” adı verilib. “288P”-nin, eyni zamanda, kometa olaraq sinifləndirilən ilk ikili asteroid olduğu bildirilib.

Elm adamları ikili asteroid sisteminin 5 min ildir mövcud olduğunu təxmin edirlər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...