Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Kim milyonçu olmaq istəyir” yarışmasında 1 milyonluq sual

“Kim milyonçu olmaq istəyir” oyununda iştirakçı 1 milyon lirəlik sualın qarşısında çətin anlar yaşayıb.

“A24.az”ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, intellektual oyunda iştirak edən Çağdaş İrfan Yıldırım adlı gənc 250 min lirəni qazandıqdan sonra 1 milyonluq sualla üz-üzə qalıb.

1 milyon lirə qazandıran sual isə bu olub:

“Qurani-Kərimdə nəyə and içilməmişdir?” sualı üçün verilən cavablar “Dəniz, Günəş, Arı və Qələm” üzərində uzun müddət fikirləşən Çağdaş əmin olmadığını söyləyərək suala cavab verməkdən imtina edib və 250 min lirə qazanıb.

Lakin iştirakçının əmin olmadığı, lakin təxmin etdiyi “Arı” cavabı düzgün çıxıb.

Verilişdən olan videogörüntünü təqdim edirik:

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...